GƏNƏ BORRELİOZUNUN KLİNİK GEDİŞİ, DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ HAQQINDA MÜASİR TƏSƏVVÜRLƏR
DOI
https://doi.org/10.34921/amj.2022.2.001Açar sözlər
B. burgdorferi s. l., Laym xəstəliyi, miqrasiya edən eritemaXülasə
Məqalədə gənə borreliozunun əsas növlərindən biri olan Laym xəstəliyinin bir sıra etioloji, epidemioloji, patogenetik xüsusiyyətləri və klinik gedişi, diaqnostikası, müalicə məsələləri haqqında müasir ədəbiyyat məlumatlarının xülasəsi, eyni zamanda klinik praktikada müşahidə edilmiş bir xəstənin xəstəlik tarixinin təhlili verilmişdir. Təqdim edilmiş məlumatların araşdırılmasının nəticəsi olaraq müasir dövrdə Laym xəstəliyinə diaqnoz qoyulmasında və dəqiqlədirilməsində klinik-anamnestik və epidemioloji məlumatlarla bərabər, laborator müayinələrin aparılmasının xüsusi önəm daşıdığı göstərilir. Xəstəliyin kəskin forması olan xəstələrin mövsüm nəzərə alınmaqla borreliozun yayılmış olduğu endemik bölgələrdə, meşə və parklarda olmasına, gənə dişləməsindən sonra meydana çıxan miqrasiya edən eritema faktına diqqət yetirilməsinin vacibliyi göstərilir. Həmçinin xəstəliyin xronikləşmə ehtimalını nəzərə alaraq xronik atrofik akrodermatit və Bannvart sindromu kimi klinik əlamətlərin meydana çıxmasına diqqət yetirilməsi məsləhət görülür.
Ədəbiyyat məlumatlarının, eyni zamanda müşahidə olunmuş klinik hadisənin təhlili göstərir ki, borreliozun diaqnozunun dəqiqləşdirilməsi məqsədilə istifadə edilən seroloji müayinə üsulları əhəmiyyətli rol oynasa da, çarpaz reaksiya ehtimalı yüksək olduğundan bir sıra hallarda törədicinin identifikasiyası mümkün olmur. Bu baxımdan daha yüksək həssaslığa və spesifikliyə malik PZR və anticismiciklərin flüoressensiya spektirinə əsaslanan immunoloji üsulların tətbiqinə üstünlük vermək təklif edilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


