GƏNƏ BORRELİOZUNUN KLİNİK GEDİŞİ, DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ HAQQINDA MÜASİR TƏSƏVVÜRLƏR

Müəlliflər

  • J.P. İsayev Azərbaycan Tibb Universiteti
  • S.İ. Əhmədova Azərbaycan Tibb Universiteti
  • V.N. Cavadov Azərbaycan Tibb Universiteti
  • M.M. Muxtarov Azərbaycan Tibb Universiteti
  • S.V. Hacıyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.2.001

Açar sözlər

B. burgdorferi s. l., Laym xəstəliyi, miqrasiya edən eritema

Xülasə

Məqalədə gənə  borreliozunun əsas növlərindən biri olan Laym xəstəliyinin bir sıra etioloji, epidemioloji, patogenetik xüsusiyyətləri və klinik gedişi, diaqnostikası, müalicə məsələləri haqqında müasir ədəbiyyat məlumatlarının xülasəsi, eyni zamanda  klinik praktikada müşahidə edilmiş bir xəstənin xəstəlik tarixinin təhlili  verilmişdir. Təqdim edilmiş məlumatların araşdırılmasının nəticəsi olaraq müasir dövrdə Laym xəstə­liyinə diaqnoz qoyulmasında və dəqiqlədirilməsində klinik-anamnestik və epidemioloji məlumatlarla bəra­bər, laborator müayinələrin aparılmasının xüsusi önəm daşıdığı göstərilir. Xəstəliyin kəskin forması olan xəstələrin  mövsüm nəzərə alınmaqla  borreliozun yayılmış olduğu endemik bölgələrdə, meşə və park­larda olmasına, gənə dişləməsindən sonra meydana çıxan miqrasiya edən eritema faktına diqqət yetiril­məsinin vacibliyi göstərilir. Həmçinin xəstəliyin xronikləşmə ehtimalını nəzərə alaraq xronik atrofik akrodermatit və Bannvart sindromu kimi klinik əlamətlərin meydana çıxmasına diqqət yetirilməsi məsləhət görülür.

Ədəbiyyat məlumatlarının, eyni zamanda müşahidə olunmuş klinik hadisənin təhlili göstərir ki, borreliozun diaqnozunun dəqiqləşdirilməsi məqsədilə istifadə edilən seroloji müayinə üsulları əhəmiyyətli rol oynasa da, çarpaz reaksiya ehtimalı yüksək olduğundan bir sıra hallarda törədicinin identifikasiyası mümkün olmur. Bu baxımdan daha yüksək həssaslığa və spesifikliyə malik PZR və anticismiciklərin flüoressensiya spektirinə əsaslanan  immunoloji  üsulların  tətbiqinə üstünlük vermək təklif edilir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

İsayev, J., Əhmədova, S., Cavadov, V., Muxtarov , M., & Hacıyeva, S. (2022). GƏNƏ BORRELİOZUNUN KLİNİK GEDİŞİ, DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ HAQQINDA MÜASİR TƏSƏVVÜRLƏR . Azərbaycan Tibb Jurnalı, (2), 5–13. https://doi.org/10.34921/amj.2022.2.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR