QAN DÖVRANI SİSTEMİ XƏSTƏLİKLƏRİ ZAMANI METEOROLOJİ AMİLLƏRİN ÖLÜM RİSKİNƏ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.025Açar sözlər
meteoroloji amillər, ölüm, qan dövranı sistemi xəstəlikləriXülasə
Məqalədə qan dövranı sistemi xəstəliklərindən (ürəyin işemik xəstəliyi, miokard infarktı və serebrovaskulyar xəstəliklər) ölüm hallarının havanın gündəlik temperaturundan, aylıq yağıntıdan və günəş işığından asılılığının qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat Azərbaycan Respublikasının Şəki şəhərinin əhalisi arasında aparılmışdır. Tədqiqat işində rəsmi statistik məlumatlardan istifadə edilmişdir, 1970-2011-ci illər üçün dinamikada əhalinin ölümünün bütün səbəbləri arasında qan dövranı sistemi xəstəliklərinin (QDSX) xüsusi çəkisi müəyyən edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meteoroloji stansiyasının materiallarından istifadə edilməklə QDSX-dən ölüm riskinin meteoroloji amillərdən asılılığı öyrənilmişdir. Meteoroloji stansiyalardan gündəlik havanın temperaturu, yağıntının miqdarı və günəş işığının müddəti haqqında məlumatlar əldə edilmişdir. Ürək-damar xəstəlikləri və ölüm halları haqqında məlumatlar tibbi qeydlərdən əldə edilmişdir. Qan dövranı sisteminin xəstəlikləri ilə bağlı orta gündəlik ölüm hallarının ən aşağı səviyyəsi (1,18±0,22) orta aylıq yağıntının 121,4±7,07 mm olduğu dövrdə qeydə alınıb. Bu səviyyə ilə müqayisədə, orta aylıq yağıntının miqdarı 86,1±14,58 mm olduqda 2,09±0,37; (p<0,05), 69,0±10,6 mm olduqda – 2,07±0,39 (p<0,05), 56,0±2,45 mm olduqda – 2,02±0,36 (p<0,05), 49,2±0,95 mm olduqda – 1,90±0,31; (p=0,05), 47,0±1,25 mm olduqda isə 2,22±0,51; (p<0,05) təşkil etmişdir. Şəki şəhəri şəraitində qan dövranı sisteminin xəstəliklərdən ölüm riski ilə günəş işığının müddəti arasında əlaqə müşahidə edilməyib. Beləliklə, Şəki şəhəri əhalisi arasında aparılmış çoxillik müşahidələrdən aydın olmuşdur ki, havanın orta sutkalıq temperaturu və orta aylıq yağıntılar qan dövranı sisteminin xəstəliklərdən ölüm ehtimalının əhəmiyyətli dərəcədə dəyişməsi üçün risk amilləridir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


