QAN DÖVRANI SİSTEMİ XƏSTƏLİKLƏRİ ZAMANI METEOROLOJİ AMİLLƏRİN ÖLÜM RİSKİNƏ TƏSİRİ

Müəlliflər

  • E.M. Hətəmzadə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2026.1.025

Açar sözlər

meteoroloji amillər, ölüm, qan dövranı sistemi xəstəlikləri

Xülasə

Məqalədə qan dövranı sistemi xəstəliklərindən (ürəyin işemik xəstəliyi, miokard infarktı və serebrovaskulyar xəstəliklər) ölüm hallarının havanın gündəlik temperaturundan, aylıq yağıntıdan və günəş işığından asılılığının qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat Azərbaycan Respublikasının Şəki şəhərinin əhalisi arasında aparılmışdır. Tədqiqat işində rəsmi statistik məlumatlardan istifadə edilmişdir, 1970-2011-ci illər üçün dinamikada əhalinin ölümünün bütün səbəbləri arasında qan dövranı sistemi xəstəliklərinin (QDSX) xüsusi çəkisi müəyyən edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meteoroloji stansiyasının materiallarından istifadə edilməklə QDSX-dən ölüm riskinin meteoroloji amillərdən asılılığı öyrənilmişdir. Meteoroloji stansiyalardan gündəlik havanın temperaturu, yağıntının miqdarı və günəş işığının müddəti haqqında məlumatlar əldə edilmişdir. Ürək-damar xəstəlikləri və ölüm halları haqqında məlumatlar tibbi qeydlərdən əldə edilmişdir. Qan dövranı sisteminin xəstəlikləri ilə bağlı orta gündəlik ölüm hallarının ən aşağı səviyyəsi (1,18±0,22) orta aylıq yağıntının 121,4±7,07 mm olduğu dövrdə qeydə alınıb. Bu səviyyə ilə müqayisədə, orta aylıq yağıntının miqdarı 86,1±14,58 mm olduqda 2,09±0,37; (p<0,05), 69,0±10,6 mm olduqda – 2,07±0,39 (p<0,05), 56,0±2,45 mm olduqda – 2,02±0,36 (p<0,05), 49,2±0,95 mm olduqda – 1,90±0,31; (p=0,05), 47,0±1,25 mm olduqda isə 2,22±0,51; (p<0,05) təşkil etmişdir. Şəki şəhəri şəraitində qan dövranı sisteminin xəstəliklərdən ölüm riski ilə günəş işığının müddəti arasında əlaqə müşahidə edilməyib. Beləliklə, Şəki şəhəri əhalisi arasında aparılmış çoxillik müşahidələrdən aydın olmuşdur ki, havanın orta sutkalıq temperaturu və orta aylıq yağıntılar qan dövranı sisteminin xəstəliklərdən ölüm ehtimalının əhəmiyyətli dərəcədə dəyişməsi üçün risk amilləridir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Hətəmzadə, E. (2026). QAN DÖVRANI SİSTEMİ XƏSTƏLİKLƏRİ ZAMANI METEOROLOJİ AMİLLƏRİN ÖLÜM RİSKİNƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (1), 140–145. https://doi.org/10.34921/amj.2026.1.025

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ