XRONİK BÖYRƏK XƏSTƏLİYİNİN PATOGENEZİNDƏ DƏMİR MÜBADİLƏSİ ZÜLALLARININ ROLU
DOI
https://doi.org/10.34921/amj.2025.1.004Açar sözlər
xronik böyrək xəstəliyi, ferritin, laktoferrin, ferroportin və hepsidinXülasə
Məqalədə xronik böyrək xəstəliyinin (XBX) patogenezində dəmir mübadiləsi zülallarının rolunu öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat işinə XBX-nin II-III mərhələsində olan hemodializ almayan (konservativ qrup) və XBX-nin terminal mərhələsində olan müntəzəm hemodializ alan (terminal qrup) xəstələr cəlb edilmişdir. Aparılan tədqiqatda terminal qrupda daha ciddi anemiya və dəmir defisiti müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, terminal qrupda konservativ qrupla müqayisədə, ferritinin, laktoferrinin, ferroportinin, və hepsidinin konsentrasiyası statistik əhəmiyyətli artmışdır. Bu zülalların konsentrasiyasının xəstəliyin proqressivləşməsindən asılı olaraq artması, onların BXX-nin patogenezində və iltihabi proseslərin yaranmasında rolunu sübut edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


