XRONİK BÖYRƏK XƏSTƏLİYİNİN PATOGENEZİNDƏ DƏMİR MÜBADİLƏSİ ZÜLALLARININ ROLU

Müəlliflər

  • G.M. Əfəndiyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.004

Açar sözlər

xronik böyrək xəstəliyi, ferritin, laktoferrin, ferroportin və hepsidin

Xülasə

Məqalədə xronik böyrək xəstəliyinin (XBX) patogenezində dəmir mübadiləsi zülallarının rolunu öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat işinə XBX-nin II-III mərhələsində olan hemodializ almayan (konservativ qrup) və XBX-nin terminal mərhələsində olan müntəzəm hemodializ alan (terminal qrup) xəstələr cəlb edilmişdir. Aparılan tədqiqatda terminal qrupda daha ciddi anemiya və dəmir defisiti müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, terminal qrupda konservativ qrupla müqayisədə, ferritinin, laktoferrinin, ferroportinin, və hepsidinin konsentrasiyası statistik əhəmiyyətli artmışdır. Bu zülalların konsentrasiyasının xəstəliyin proqressivləşməsindən asılı olaraq artması, onların BXX-nin patogenezində və iltihabi proseslərin yaranmasında rolunu sübut edir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Əfəndiyeva, G. (2025). XRONİK BÖYRƏK XƏSTƏLİYİNİN PATOGENEZİNDƏ DƏMİR MÜBADİLƏSİ ZÜLALLARININ ROLU. Azərbaycan Tibb Jurnalı, (1), 23–28. https://doi.org/10.34921/amj.2025.1.004

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR