ST SEQMENT ELEVASİYASI OLMAYAN, KORONAR PİLƏYİ EROZİYALAŞMIŞ MİOKARD İNFARKTLI XƏSTƏLƏRİN XARAKTERİSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2024.4.014Açar sözlər
kəskin koronar sindrom, ST seqmenti elevasiyası olmayan miokard infarktı, aterosklerotik piləyin eroziyası, optik koherens tomoqrafiyaXülasə
Məqalədə koronar piləyin eroziyası olan, lakin ST-seqment elevasiyası olmayan miokard infarktlı (NSTEMI) xəstələrin xarakteristikasını aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. NSTEMI diaqnozu qoyulmuş 136 stabil xəstə müayinə edilmişdir. Bütün xəstələrin tibbi anamnezi toplanmış, standart 12 aparmalı EKQ çəkilmiş, troponin T testi aparılmış, qanın ümümi analizi, C-reaktiv protein, kreatinfosfokinaza (CPK) fermenti və lipid spektri analiz edilmiş, optik koherens tomoqrafiya (OCT) müayinəsi həyata keçirilmişdir. Troponin T səviyyəsi orta hesabla 0,65±0,17 nq/ml aşkarlanmışdır. Kişilər 64,7%, qadınlar isə 35,3% təşkil etmişdir. Xəstələrin 47,1%-də piləyin eroziyası, 37,5%-də – rüptürü, 15,4%-də kalsifikasiyaya uğramış aterosklerotik pilək aşkarlanmışdır. 2 qrup formalaşdırılmışdır: I qrup – piləyin eroziyası olan 64 xəstə, II qrup – pilək eroziyası olmayan 72 xəstə (piləkdə rüptürlə olan 51 xəstə + piləyi kalsifikasiyaya uğramış 21 xəstə). I qrupda olan xəstələrdə hipertenziya (p < 0.001), şəkərli diabet (p = 0,03) və xronik böyrək xəstəliyi (p = 0,03) daha az rast gəlinmiş, hemoglobinin səviyyəsi nisbi yüksək (p = 0,01), leykosit sayı daha az (p = 0,04) və lipid profili daha yaxşı aşkarlanmışdır. I qrupda CRP səviyyəsi 49,4% az (p = 0,04), CPK aktivliyi isə 38,4% daha aşağı (p = 0,05) olmuşdur. NSTEMI – kəskin koronar sindrom və yüksək ehtimallı pilək eroziyası olan xəstə qruplarının identifikasiyası xəstələrin təsnifatını asanlaşdıra və fərdi müalicə üçün imkan yarada bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


