ST SEQMENT ELEVASİYASI OLMAYAN, KORONAR PİLƏYİ EROZİYALAŞMIŞ MİOKARD İNFARKTLI XƏSTƏLƏRİN XARAKTERİSTİKASI

Müəlliflər

  • Ş.C. Xəlilov Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı
  • V.Ə. Əzizov Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı
  • S.R. Muradova Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı
  • G.Ş. Şirəliyeva Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı
  • F.Ə. İbadova Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı
  • S.Z. Hacıyeva Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı
  • Q.G. İmanov Azərbaycan Tibb Universiteti; Respublika Diaqnostika Mərkəzi, Bakı

DOI

https://doi.org/10.34921/amj.2024.4.014

Açar sözlər

kəskin koronar sindrom, ST seqmenti elevasiyası olmayan miokard infarktı, aterosklerotik piləyin eroziyası, optik koherens tomoqrafiya

Xülasə

Məqalədə koronar piləyin eroziyası olan, lakin ST-seqment elevasiyası olmayan miokard infarktlı (NSTEMI) xəstələrin xarakteristikasını aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. NSTEMI diaqnozu qoyulmuş 136 stabil xəstə müayinə edilmişdir. Bütün xəstələrin tibbi anamnezi toplanmış, standart 12 aparmalı EKQ çəkilmiş, troponin T testi aparılmış, qanın ümümi analizi, C-reaktiv protein, kreatinfosfokinaza (CPK) fermenti və lipid spektri analiz edilmiş, optik koherens tomoqrafiya (OCT) müayinəsi həyata keçirilmişdir. Troponin T səviyyəsi orta hesabla 0,65±0,17 nq/ml aşkarlanmışdır. Kişilər 64,7%, qadınlar isə 35,3% təşkil etmişdir. Xəstələrin 47,1%-də piləyin eroziyası, 37,5%-də – rüptürü, 15,4%-də kalsifikasiyaya uğramış aterosklerotik pilək aşkarlanmışdır. 2 qrup formalaşdırılmışdır: I qrup – piləyin eroziyası olan 64 xəstə, II qrup – pilək eroziyası olmayan 72 xəstə (piləkdə rüptürlə olan 51 xəstə + piləyi kalsifikasiyaya uğramış 21 xəstə). I qrupda olan xəstələrdə hipertenziya (p < 0.001), şəkərli diabet (p = 0,03) və xronik böyrək xəstəliyi (p = 0,03) daha az rast gəlinmiş, hemoglobinin səviyyəsi nisbi yüksək (p = 0,01), leykosit sayı daha az (p = 0,04) və lipid profili daha yaxşı aşkarlanmışdır. I qrupda CRP səviyyəsi 49,4% az (p = 0,04), CPK aktivliyi isə 38,4% daha aşağı (p = 0,05) olmuşdur. NSTEMI – kəskin koronar sindrom və yüksək ehtimallı pilək eroziyası olan xəstə qruplarının identifikasiyası xəstələrin təsnifatını asanlaşdıra və fərdi müalicə üçün imkan yarada bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Xəlilov, Ş.C., Əzizov, V., Muradova, S., Şirəliyeva, G., İbadova, F., Hacıyeva, S., & İmanov, Q. (2024). ST SEQMENT ELEVASİYASI OLMAYAN, KORONAR PİLƏYİ EROZİYALAŞMIŞ MİOKARD İNFARKTLI XƏSTƏLƏRİN XARAKTERİSTİKASI. Azərbaycan Tibb Jurnalı, (4), 88–93. https://doi.org/10.34921/amj.2024.4.014

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR