QANAXMA İLƏ AĞIRLAŞMIŞ QASTRODUODENAL XORALARDA MİKROSİRKULYASİYA ŞƏBƏKƏSİNİN YERLİ İMMUN MÜHAFİZƏ MEXANİZMLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.004Açar sözlər
Helicobacter Pylori, mikrosirkulyasiya şəbəkəsi, CD25, qastroduodenal xoraXülasə
Qastroduodenal xora diaqnozu qoyulmuş 173 xəstə üzərində tədqiqat aparılmışdır.
I qrupa (müqayisə qrupu) qanaxma ilə ağırlaşmamış qastroduodenal xorası olan 42 xəstə, II qrupa (əsas qrup) kəskin qanaxma ilə ağırlaşmış qastroduodenal xorası olan 131 xəstə, “kontrol” qrupuna 36 könüllü somatik patologiyasız şəxs daxil edilmişdir.
Tədqiqat göstərmişdir ki, “Qanaxma ilə ağırlaşmış qastroduodenal xora”sı olan xəstələrin periferik qanında anomal trombo-leykositar aqreqatların (TLA) formalaşma intensivliyi kəskin artır, periferik qanın reoloji xassələri pozulur. Xəstələrdə xora dibinin, xoraətrafı və nisbi-uzaq sahələrin mikrosirkulyasiya şəbəkəsinin ağır, geriyə dönməyən dəyişiklikləri “xora mənşəli aktiv qastroduodenal qanaxma” ilə düz-mütənasib əlaqəlidir.
Qastroduodenal xoranın qanaxma ilə ağırlaşması – CD25-pozitiv hüceyrələrin qastroduodenal selikli qişada və selikaltı əsasda sıxlığının artması ilə birbaşa (düz-mütənasib) əlaqədədir. Eyni zamanda kiçik damarlar ətrafında CD25-pozitiv hüceyrələrin sayının artması – qanaxma faktoru ilə birbaşa, yüksək intensivlikdə, düz-mütənasib uzlaşır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


