QANAXMA İLƏ AĞIRLAŞMIŞ QASTRODUODENAL XORALARDA MİKROSİRKULYASİYA ŞƏBƏKƏSİNİN YERLİ İMMUN MÜHAFİZƏ MEXANİZMLƏRİ

Авторы

  • K.Ə. Eyvazova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.004

Ключевые слова:

Helicobacter Pylori, mikrosirkulyasiya şəbəkəsi, CD25, qastroduodenal xora

Аннотация

Qastroduodenal xora diaqnozu qoyulmuş 173 xəstə üzərində tədqiqat aparılmışdır.
I qrupa (müqayisə qrupu) qanaxma ilə ağırlaşmamış qastroduodenal xorası olan 42 xəstə, II qrupa (əsas qrup) kəskin qanaxma ilə ağırlaşmış qastroduodenal xorası olan 131 xəstə, “kontrol” qrupuna 36 könüllü somatik patologiyasız şəxs daxil edilmişdir.
Tədqiqat göstərmişdir ki, “Qanaxma ilə ağırlaşmış qastroduodenal xora”sı olan xəstələrin periferik qanında anomal trombo-leykositar aqreqatların (TLA) formalaşma intensivliyi kəskin artır, periferik qanın reoloji xassələri pozulur. Xəstələrdə xora dibinin, xoraətrafı və nisbi-uzaq sahələrin mikrosirkulyasiya şəbəkəsinin ağır, geriyə dönməyən dəyişiklikləri “xora mənşəli aktiv qastroduodenal qanaxma” ilə düz-mütənasib əlaqəlidir.
Qastroduodenal xoranın qanaxma ilə ağırlaşması – CD25-pozitiv hüceyrələrin qastroduodenal selikli qişada və selikaltı əsasda sıxlığının artması ilə birbaşa (düz-mütənasib) əlaqədədir. Eyni zamanda kiçik damarlar ətrafında CD25-pozitiv hüceyrələrin sayının artması – qanaxma faktoru ilə birbaşa, yüksək intensivlikdə, düz-mütənasib uzlaşır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Eyvazova, K. (2024). QANAXMA İLƏ AĞIRLAŞMIŞ QASTRODUODENAL XORALARDA MİKROSİRKULYASİYA ŞƏBƏKƏSİNİN YERLİ İMMUN MÜHAFİZƏ MEXANİZMLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 25–30. https://doi.org/10.34921/amj.2024.1.004

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR