HƏRBİ QULLUQÇULARDA ONİXOMİKOZUN FORMALARININ VƏ YANAŞI DƏRİ PATOLOGİYALARININ RAST GƏLİNMƏSİ VƏ NOZOLOGİYASI
DOI
https://doi.org/10.34921/amj.2023.2.020Açar sözlər
ayaq epidermofiti, ayaq rubromikozu, onixomikozXülasə
Ayaq epidermofiti və rubromikozu qeydə alınan dəri mikozu olan pasiyentlərdə onixomikozun formaları, yanaşı dəri patologiyalarının rast gəlinməsi və nozoloji strukturu, göbələk infeksiyasından qaynaqlanan ağırlaşmalar və onların strukturunun müəyyənləşdirilməsi məqsədilə daxili qoşunların ayaq epidermofiti olan 125 nəfər və ayaq rubromikozu olan 125 nəfər (ümumilikdə 250 nəfər) dəri mikozlu olan hərbi qulluqçusu tədqiqata cəlb edilmişdir. Onixomikozun normotrofik və hipertrofik formalarının paylanması müəyyənləşdirildikdə ayaq dermofiti olan dəri mikozlu pasiyentlərdən 76,8±3,78%-də onixomikozun normotrofik forması qeydə alınmışdır. Ümumilikdə ayaq rubromikozu və ayaq epidermofiti olan, dəri mikozundan əziyyət çəkən pasiyentlərdən 16 nəfərdə göbələk infeksiyası mənşəli ikincili piodermit qeydə alınmışdır. İkincili infeksiyası olan pasiyentlərdən 25,0±10,8%-də allergik dermatit müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


