HƏRBİ QULLUQÇULARDA ONİXOMİKOZUN FORMALARININ VƏ YANAŞI DƏRİ PATOLOGİYALARININ RAST GƏLİNMƏSİ VƏ NOZOLOGİYASI

Авторы

  • R.A. Güliyeva Milli Müdafiə Universiteti nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2023.2.020

Ключевые слова:

ayaq epidermofiti, ayaq rubromikozu, onixomikoz

Аннотация

Ayaq epidermofiti və rubromikozu qeydə alınan dəri mikozu olan pasiyentlərdə onixomikozun formaları, yanaşı dəri patologiyalarının rast gəlinməsi və nozoloji strukturu, göbələk infeksiyasından qaynaqlanan ağırlaşmalar və onların strukturunun müəyyənləşdirilməsi məqsədilə daxili qoşunların ayaq epidermofiti olan 125 nəfər və ayaq rubromikozu olan 125 nəfər (ümumilikdə 250 nəfər) dəri mikozlu olan hərbi qulluqçusu tədqiqata cəlb edilmişdir. Onixomikozun normotrofik və hipertrofik formalarının paylanması müəyyənləşdirildikdə ayaq dermofiti olan dəri mikozlu pasiyentlərdən 76,8±3,78%-də onixomikozun normotrofik forması qeydə alınmışdır. Ümumilikdə ayaq rubromikozu və ayaq epidermofiti olan, dəri mikozundan əziyyət çəkən pasiyentlərdən 16 nəfərdə göbələk infeksiyası mənşəli ikincili piodermit qeydə alınmışdır. İkincili infeksiyası olan pasiyentlərdən 25,0±10,8%-də allergik dermatit müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-05-10

How to Cite

Güliyeva, R. (2023). HƏRBİ QULLUQÇULARDA ONİXOMİKOZUN FORMALARININ VƏ YANAŞI DƏRİ PATOLOGİYALARININ RAST GƏLİNMƏSİ VƏ NOZOLOGİYASI . Azərbaycan Tibb Jurnalı, (2), 127–132. https://doi.org/10.34921/amj.2023.2.020

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ