KƏSKİN B-VİRUS HEPATİTİ ZAMANI PREMORBİD FON XƏSTƏLİKLƏRİNİN DÜYÜNLÜ POLİARTERİİTİN İNKİŞAFINDA ROLU
DOI
https://doi.org/10.34921/amj.2022.4.011%20Açar sözlər
düyünlü poliarteriit, kəskin B virus hepatiti, premorbid fon xəstəliklərXülasə
Məqalədə kəskin B virus hepatitli (KBH) xəstələrdə düyünlü poliarteriitin (DP) inkişafında premorbid fon xəstəliklərin polunun öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri şəhr edilmişdir. Tədqiqata DP ilə ağırlaşmış 61 və belə ağırlaşma olmayan 97 KBH-li xəstə cəlb edilmişdir. DP-nin diaqnostikası üçün 1990-cı ildə “Amerika Revmatoloqlar Kolleci”nin təklif etdiyi təsnifat meyarlarından istifadə edilmişdir. Tədqiqat zamanı xəstələrdə aşkar edilən premorbid fon xəstəliklərinin, DP-nin olubolmamasından asılı olaraq, fərqlənməsi və müxtəlif xarakterli olması qeyd edilmişdir. Premorbid fonda autoummun və allergik patologiyaların olmasına DP ilə ağırlaşmış KBH-li xəstələrdə, ağırlaşması olmayanlarla müqayisədə müvafiq olaraq 2,1 və 3,2 dəfə çox rast gəlinmişdir. Beləliklə, yanaşı gedən autoimmun və allergik mənşəli xronik somatik xəstəliklər KBH zamanı DP-nin inkişaf etməsini göstərən risk amilləri kimi qəbul edilə bilər. Buna görə də hepatitli xəstələrdə DP ilə ağırlaşmanı vaxtında aşkar etmək, diaqnozunu qoymaq məqsədilə yanaşı gedən premorbid fon patologiyaların, xüsusən autoimmun və allergik xəstəliklərin olmasına xüsusi diqqət yetirmək lazımdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


