KƏSKİN B-VİRUS HEPATİTİ ZAMANI PREMORBİD FON XƏSTƏLİKLƏRİNİN DÜYÜNLÜ POLİARTERİİTİN İNKİŞAFINDA ROLU

Авторы

  • C.P. İsayev Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası
  • V.N. Cavadzadə Azərbaycan Tibb Universitetinin
  • А.Т. Mətiyeva Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2022.4.011%20

Ключевые слова:

düyünlü poliarteriit, kəskin B virus hepatiti, premorbid fon xəstəliklər

Аннотация

Məqalədə kəskin B virus hepatitli (KBH) xəstələrdə düyünlü poliarteriitin (DP) inkişafında premorbid fon xəstəliklərin polunun öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri şəhr edilmişdir. Tədqiqata DP ilə ağırlaşmış 61 və belə ağırlaşma olmayan 97 KBH-li xəstə cəlb edilmişdir. DP-nin diaqnostikası üçün 1990-cı ildə “Amerika Revmatoloqlar Kolleci”nin təklif etdiyi təsnifat meyarlarından istifadə edilmişdir. Tədqiqat zamanı xəstələrdə aşkar edilən premorbid fon xəstəliklərinin, DP-nin olubolmamasından asılı olaraq, fərqlənməsi və müxtəlif xarakterli olması qeyd edilmişdir. Premorbid fonda autoummun və allergik patologiyaların olmasına DP ilə ağırlaşmış KBH-li xəstələrdə, ağırlaşması olmayanlarla müqayisədə müvafiq olaraq 2,1 və 3,2 dəfə çox rast gəlinmişdir. Beləliklə, yanaşı gedən autoimmun və allergik mənşəli xronik somatik xəstəliklər KBH zamanı DP-nin inkişaf etməsini göstərən risk amilləri kimi qəbul edilə bilər. Buna görə də hepatitli xəstələrdə DP ilə ağırlaşmanı vaxtında aşkar etmək, diaqnozunu qoymaq məqsədilə yanaşı gedən premorbid fon patologiyaların, xüsusən autoimmun və allergik xəstəliklərin olmasına xüsusi diqqət yetirmək lazımdır.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

İsayev, C., Cavadzadə , V., & Mətiyeva А. (2022). KƏSKİN B-VİRUS HEPATİTİ ZAMANI PREMORBİD FON XƏSTƏLİKLƏRİNİN DÜYÜNLÜ POLİARTERİİTİN İNKİŞAFINDA ROLU . Azərbaycan Tibb Jurnalı, (4), 67–72. https://doi.org/10.34921/amj.2022.4.011

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR