POSTOPERASİON DÖVRDƏ QARIN BOŞLUĞUNUN BİTİŞMƏLƏRİ VƏ ƏTRAF TOXUMALARDA HİSTOMORFOLOJI DƏYİŞİKLİKLƏR (EKSPERİMENTAL TƏDQİQAT)
DOI
https://doi.org/10.34921/amj.2023.1.022Açar sözlər
qarın boşluğu, bitişmələr, bitişmə əleyhinə dərman preparatları, брюшинаXülasə
Məqalədə siçovullarda eksperimental yolla modelləşdirilmiş qarıniçi toxuma zədələnmələrindən sonra yaranmış bitişmələrin histoloji analizinin nəticələri təqdim edilir. 90 ağ siçovul hər qrupda 30 baş olmaqla 3 qrupa bölünmüşdür: 1) kontrol qrupu – nazik bağırsağın seroz qişasının zədələnməsindən sonra qarın boşluğuna heç bir maddə yeridilməyib; 2) müqayisə qrupu – zədələnmədən sonra qarın boşluğuna 1 ml miqdarında “Mezogel” preparatı yeridildi; 3) təcrübə qrupu oksigenlə (O2) zənginləşdirilmiş 1:1:0,1 ml nisbətində metronidazol, dekstran və kontrikal qarışığı yeridildi. 5-ci, 10-cu və 21-ci günlərdə tikişlərdən, peritondan, nazik bağırsağın zədələnmiş seqmentindən, qaraciyər və piylikdən götürülən toxumaların histoloji analizi aparıldı. Kontrol qrupunda kifayət qədər inkişaf etmiş iltihabi proses müşahidə edilmişdir. Tədqiqat göstərmişdir ki, müqayisə və təcrübə qruplarında iltihabi prosesin intensivliyi zəif olmuşdur. Tətbiq edilən eksperimental müalicə vasitələrinin əməliyyatdan dərhal sonra qarın boşluğuna daxil edilməsi müsbət nəticələr əldə etməyə imkan verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


