POSTOPERASİON DÖVRDƏ QARIN BOŞLUĞUNUN BİTİŞMƏLƏRİ VƏ ƏTRAF TOXUMALARDA HİSTOMORFOLOJI DƏYİŞİKLİKLƏR (EKSPERİMENTAL TƏDQİQAT)

Авторы

  • F.T. Əhmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı

DOI:

https://doi.org/10.34921/amj.2023.1.022

Ключевые слова:

qarın boşluğu, bitişmələr, bitişmə əleyhinə dərman preparatları, брюшина

Аннотация

Məqalədə siçovullarda eksperimental yolla modelləşdirilmiş qarıniçi toxuma zədələnmələrindən sonra yaranmış bitişmələrin histoloji analizinin nəticələri təqdim edilir. 90 ağ siçovul hər qrupda 30 baş olmaqla 3 qrupa bölünmüşdür: 1) kontrol qrupu – nazik bağırsağın seroz qişasının zədələnməsindən sonra qarın boşluğuna heç bir maddə yeridilməyib; 2) müqayisə qrupu – zədələnmədən sonra qarın boşluğuna 1 ml miqdarında “Mezogel” preparatı yeridildi; 3) təcrübə qrupu  oksigenlə (O2) zənginləşdirilmiş 1:1:0,1 ml nisbətində metronidazol, dekstran və kontrikal qarışığı yeridildi. 5-ci, 10-cu və 21-ci günlərdə tikişlərdən, peritondan, nazik bağırsağın zədələnmiş seqmentindən, qaraciyər və piylikdən götürülən toxumaların histoloji analizi aparıldı. Kontrol qrupunda kifayət qədər inkişaf etmiş iltihabi proses müşahidə edilmişdir. Tədqiqat göstərmişdir ki, müqayisə və təcrübə qruplarında iltihabi prosesin intensivliyi zəif olmuşdur. Tətbiq edilən eksperimental müalicə vasitələrinin əməliyyatdan dərhal sonra qarın boşluğuna daxil edilməsi müsbət nəticələr əldə etməyə imkan verir.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Əhmədov, F. (2023). POSTOPERASİON DÖVRDƏ QARIN BOŞLUĞUNUN BİTİŞMƏLƏRİ VƏ ƏTRAF TOXUMALARDA HİSTOMORFOLOJI DƏYİŞİKLİKLƏR (EKSPERİMENTAL TƏDQİQAT). Azərbaycan Tibb Jurnalı, (1), 134–138. https://doi.org/10.34921/amj.2023.1.022

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ