DİABETİK ANGİOPATİYALARIN MÜALİCƏSİNDƏ FİBRİNOLİTİK LİMFOSTİMULYASİYA

Müəlliflər

  • S.C. Əliyev Azərbaycan Tibb Universitetinin
  • M.X. Əliyev Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrası
  • C.T. Əliyeva Azərbaycan Tibb Universitetinin
  • Ş.M. Hüseynova Azərbaycan Tibb Universitetinin
  • S.İ. Hacıyeva Azərbaycan Tibb Universitetinin
  • Ü.İ. Əhmədzadə Azərbaycan Tibb Universitetinin
  • A.T. Bədəlova Azərbaycan Tibb Universitetinin
  • H.G. Şaxverdiyev Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2020.2.009

Açar sözlər

diabetik angiopatiya, lipidlərin peroksidləşməsi, toxumaların limfa drenajı, urokinaza medak

Xülasə

Məqalədə eksperimental şəkərli diabet zamanı lipidlərin peroksidləşmə yolu ilə oksidləşməsinin, limfanın laxtalanmasının və toxumaların limfa drenajının pozulması, onların korreksiyasının tədqiqinə həsr edilmiş tədqiqat işi haqqında məlumat verilir. Tədqiqat şəkərli diabet modeli yaradılmış 33 dovşan üzərində aparılmışdır. Kontrol qrupa daxil olan 16 dovşanda alloksan şəkərli diabeti yaradıldıqdan sonra hiperqlikemiya əleyhinə terapiya aparılmış, təcrübə qrupuna daxil olan 17 dovşanda isə terapiya kompleksinə Urokinaza Medak daxil edilmişdir. Dovşanlarda şəkərli diabetin modelləşdirilməsi lipidlərin peroksidləşməsinin fəallaşması fonunda limfanın damardaxili laxtalanmasının güclənməsinə və fibrinoliz fəallığının və toxumaların limfadrenaj funksiyasının zəifləməsinə səbəb olmuşdur. Urokinaza Medakın tətbiqindən sonra limfanın damardaxili laxtalanmasıı və lipidlərin peroksidləşmə intensivliyi xeyli zəifləmişdir. Bütün bunlar limfada dien konyuqatlarının və malon dialdehidinin qatılığının azalmsı və tədqiqatın 30 günü ərzində limfanın damardaxili laxtalanmasının fəallaşması markerlərinin görünməməsi ilə müşayiət edilmişdir. Bu zaman toxumaların limfadrenay funksiyası da əhmiyyətli dərəcədə güclənmişdir. Beləliklə, tədqiqatlar göstərdi ki, Urokinaza Medakın antihiperqlikemik müalicə kompleksinə daxil edilməsi həm limfanın laxtalanmasının və lipidlərin peroksidləşməsinin azalmasına, həm də toxumaların limfadrenajının nəzərə çarpacaq dərəcədə sürətlənməsinə səbəb olur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2020-06-30

Necə istinad edilir

Əliyev, S., Əliyev, M., Əliyeva, C., Hüseynova, Ş.M., Hacıyeva, S., Əhmədzadə, Ü.İ., … Şaxverdiyev, H. (2020). DİABETİK ANGİOPATİYALARIN MÜALİCƏSİNDƏ FİBRİNOLİTİK LİMFOSTİMULYASİYA. Azərbaycan Tibb Jurnalı, (2), 59–66. https://doi.org/10.34921/amj.2020.2.009

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT