DİABETİK ANGİOPATİYALARIN MÜALİCƏSİNDƏ FİBRİNOLİTİK LİMFOSTİMULYASİYA
DOI
https://doi.org/10.34921/amj.2020.2.009Açar sözlər
diabetik angiopatiya, lipidlərin peroksidləşməsi, toxumaların limfa drenajı, urokinaza medakXülasə
Məqalədə eksperimental şəkərli diabet zamanı lipidlərin peroksidləşmə yolu ilə oksidləşməsinin, limfanın laxtalanmasının və toxumaların limfa drenajının pozulması, onların korreksiyasının tədqiqinə həsr edilmiş tədqiqat işi haqqında məlumat verilir. Tədqiqat şəkərli diabet modeli yaradılmış 33 dovşan üzərində aparılmışdır. Kontrol qrupa daxil olan 16 dovşanda alloksan şəkərli diabeti yaradıldıqdan sonra hiperqlikemiya əleyhinə terapiya aparılmış, təcrübə qrupuna daxil olan 17 dovşanda isə terapiya kompleksinə Urokinaza Medak daxil edilmişdir. Dovşanlarda şəkərli diabetin modelləşdirilməsi lipidlərin peroksidləşməsinin fəallaşması fonunda limfanın damardaxili laxtalanmasının güclənməsinə və fibrinoliz fəallığının və toxumaların limfadrenaj funksiyasının zəifləməsinə səbəb olmuşdur. Urokinaza Medakın tətbiqindən sonra limfanın damardaxili laxtalanmasıı və lipidlərin peroksidləşmə intensivliyi xeyli zəifləmişdir. Bütün bunlar limfada dien konyuqatlarının və malon dialdehidinin qatılığının azalmsı və tədqiqatın 30 günü ərzində limfanın damardaxili laxtalanmasının fəallaşması markerlərinin görünməməsi ilə müşayiət edilmişdir. Bu zaman toxumaların limfadrenay funksiyası da əhmiyyətli dərəcədə güclənmişdir. Beləliklə, tədqiqatlar göstərdi ki, Urokinaza Medakın antihiperqlikemik müalicə kompleksinə daxil edilməsi həm limfanın laxtalanmasının və lipidlərin peroksidləşməsinin azalmasına, həm də toxumaların limfadrenajının nəzərə çarpacaq dərəcədə sürətlənməsinə səbəb olur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


