HİV-İNFEKSİYALI QADINLARDA UŞAQLIQ BOYNUNUN SİTOLOJİ STATUSU

Müəlliflər

  • M.V. Litvinenko Odessa Milli Tibb Universiteti
  • S.L. Sevelev Odessa Milli Tibb Universiteti
  • O.L. Koşelnik Odessa Milli Tibb Universiteti
  • T.Ye. Narbutova Odessa Milli Tibb Universiteti
  • E.S. Buryaçkovski Odessa Milli Tibb Universiteti
  • O.A. Qulbs Pavel Tıçini adına Uman Dövlət Pedaqoji Universiteti
  • O.M. Nadvorna Odessa Milli Tibb Universiteti
  • V.V. Qarqin Xarkov Milli Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.3.007

Açar sözlər

uşaqlıq boynu, HİV-infeksiya, SD4

Xülasə

Məqalədə haqqında bəhs edilən elmi-tədqiqat işi HİV-infeksiyalı qadınlarda uşaqlıq boynu epitelinin vəziyyətini və CD4 hüceyrələrin səviyyəsini öyrənmək məqsədilə aparılmışdır. Hər biri 30 nəfərdən ibarət olan 2 qrupa bölünmüş reproduktiv yaşlı 60 qadında sitoloji analiz aparılmışdır. 1-ci qrupa HİV-neqativ, 2-ci qrupa HİV-pozitiv xəstələr daxil edilmişdir. CD4 hüceyrələrin az olduğu hallarda hər mikrolitrdə 500-350-100 hüceyrəyə görə dərəcələnmə aparılmışdır.

Tədqiqat zamanı HİV-infeksiyalı qadınlarda CD4-hüceyrələrin azlığı şəraitində uşaqlıq boynunda neoplastik proseslərin sürətləndiyi müşahidə edilmişdir. Bu isə uşaqlıq boynunun möhtəviyyatından hazırlanmış yaxmalarda iltihabi proses əlamətləri, keylositoz iki- və çoxnüvəli hüceyrələr, parakeratoz, sitoplazmanın amfofilliyi ilə və uşaqlıq boynunun epitel hüceyrələrinin arxitektonikasının dəyişməsi ilə təzahür edir. Müəlliflərin fikrincə, HİV-infeksiyalı qadınların uşaqlıq boynu möhtəviyyatında CD4 hüceyrələrin bir kvadratmillimetrdə 100-dən az olması neoplastik transformasiya imkanı baxımından arzuedilməz proqnostik əlamətdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

Litvinenko , M., Sevelev , S., Koşelnik , O., Narbutova , T., Buryaçkovski , E., Qulbs , O., … Qarqin , V. (2022). HİV-İNFEKSİYALI QADINLARDA UŞAQLIQ BOYNUNUN SİTOLOJİ STATUSU. Azərbaycan Tibb Jurnalı, (3), 45–50. https://doi.org/10.34921/amj.2022.3.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR