HİV-İNFEKSİYALI QADINLARDA UŞAQLIQ BOYNUNUN SİTOLOJİ STATUSU
DOI
https://doi.org/10.34921/amj.2022.3.007Açar sözlər
uşaqlıq boynu, HİV-infeksiya, SD4Xülasə
Məqalədə haqqında bəhs edilən elmi-tədqiqat işi HİV-infeksiyalı qadınlarda uşaqlıq boynu epitelinin vəziyyətini və CD4 hüceyrələrin səviyyəsini öyrənmək məqsədilə aparılmışdır. Hər biri 30 nəfərdən ibarət olan 2 qrupa bölünmüş reproduktiv yaşlı 60 qadında sitoloji analiz aparılmışdır. 1-ci qrupa HİV-neqativ, 2-ci qrupa HİV-pozitiv xəstələr daxil edilmişdir. CD4 hüceyrələrin az olduğu hallarda hər mikrolitrdə 500-350-100 hüceyrəyə görə dərəcələnmə aparılmışdır.
Tədqiqat zamanı HİV-infeksiyalı qadınlarda CD4-hüceyrələrin azlığı şəraitində uşaqlıq boynunda neoplastik proseslərin sürətləndiyi müşahidə edilmişdir. Bu isə uşaqlıq boynunun möhtəviyyatından hazırlanmış yaxmalarda iltihabi proses əlamətləri, keylositoz iki- və çoxnüvəli hüceyrələr, parakeratoz, sitoplazmanın amfofilliyi ilə və uşaqlıq boynunun epitel hüceyrələrinin arxitektonikasının dəyişməsi ilə təzahür edir. Müəlliflərin fikrincə, HİV-infeksiyalı qadınların uşaqlıq boynu möhtəviyyatında CD4 hüceyrələrin bir kvadratmillimetrdə 100-dən az olması neoplastik transformasiya imkanı baxımından arzuedilməz proqnostik əlamətdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


