VAXTINDAN ƏVVƏL DOĞUŞLARIN MÜXTƏLİF MARKERLƏRİNİN PROQNOSTİK ƏHƏMİYYƏTİNİN MÜQAYİSƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.013Açar sözlər
vaxtından övvəl doğuş, fetal fibronektin, insulinabənzər böyümə faktorunun birləşdirici 1-ci proteini, 1-ci plasenta alfa-mikroqlobulin, doğuşun prediktorlarıXülasə
Vaxtından əvvəl doğuş riski olan qadınlarda uşaqlıq boynunun və vaginanın tərkibində fetal fibronektin, plasental alfa-mikroqlobulin-1 və insulinəbənzər böyümə faktorunu birləşdirən protein-1-in təyininin proqnostik dəyərini müəyyən etmək üçün bu patologiyası olan 156 hamilə qadında aparılmış randomizə olunmuş kohort tədqiqatın nəticələri aparılmışdır. Bu tədqiqat üsulları ultrasəs servikometriyasına görə servikal uzunluğu 10-25 mm olan hamilə qadınlarda istifadə edilmişdir. Əldə edilən göstəricilərin müqayisəli təhlili belə nəticəyə gəlməyə imkan verdi ki, plasental alfa-mikroqlobulin-1 və insulinəbənzər böyümə faktorunu birləşdirən protein-1 daha çox məlumatlandırıcıdır (90,9% və 84,1%) və yüksək proqnostik dəyərə malikdir dərin vaxtından əvvəl doğuşların (22-28 həftə) diaqnostikası üçün, halbuki fetal fibronektin yalnız 50% proqnozlaşdırmağa imkan verir və prognostik dəyəri aşağıdır. 34-37 həftələrdə fetal fibronektin vaxtından əvvəl doğuşların diaqnostikasında ən informativ markerdir və əksər hallarda müsbətdir. Müəlliflərin fikrincə, bütün bu markerlər hamiləliyin müxtəlif mərhələlərində yüksək həssaslıq və spesifiklik ilə xarakterizə olunur ki, bu da klinik praktikada istifadə üçün vacibdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


