UŞAQLIQ CİSMİ XƏRÇƏNGİNİN MİNİMAL İNVAZİV CƏRRAHİ MÜALİCƏSİNİN XƏSTƏLİYİN PROQNOZUNA TƏSİRİ

Müəlliflər

  • Ə.M. İbrahimov Azərbaycan Tibb Universiteti
  • A.Y. Qazıyev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.004

Açar sözlər

endometrium xərçəngi, laparoskopiya, uşaqlıq manipulyatoru

Xülasə

Məqalədə uşaqlıq cismi xərçənginə (UCX) görə minimal invaziv cərrahi üsulla müalicə edilmiş xəstələrdə uşaqlıq manipulyatoru (UM) istifadəsinin onkoloji proqnoza təsirinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat ATU-nun Onkoloji Klinikasında 2018 və 2024-cü illər arasında endometrium xərçəngi diaqnozu ilə cərrahi əməliyyat icra edilən 116 xəstə üzərində aparılmışdır. Onlardan 95 xəstədə UM istifadə edilmiş, 21-də isə istifadə edilməmişdir. UM istifadəsinin residivvermə və sağalma göstəriciləri ilə əlaqəsi qiymətləndirilmiş və təhlil edilmişdir. Əldə edilmiş nəticələrə əsasən laparoskopik əməliyyat müddətində UM-dən istifadə olunması residivvermə və sağalma göstəricilərinə neqativ təsir etməmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

İbrahimov, Ə.M., & Qazıyev, A. (2024). UŞAQLIQ CİSMİ XƏRÇƏNGİNİN MİNİMAL İNVAZİV CƏRRAHİ MÜALİCƏSİNİN XƏSTƏLİYİN PROQNOZUNA TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (4), 23–28. https://doi.org/10.34921/amj.2024.4.004

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR