YENİDOĞULMUŞLARDA HİPOKSİK-İŞEMİK ENSEFALOPATİYA İLƏ ANGIOTENZİNOGEN GENİNİN c.629C>T GEN POLİMORFİZMİNİN ƏLAQƏSİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.003Açar sözlər
yenidoğulmuşlar, hipoksik-işemik ensefalopatiya, hamiləlik yaşı, polimorfizm, angiotenzinogen (AGT) geniXülasə
Müxtəlif hestasiya yaşlarında doğulan yenidoğulmuş körpələrdə AGT c.629C>T (rs2067853) polimorfik variantının genotip paylanması təhlil edilmiş və onların erkən neonatal nəticələrlə mümkün əlaqəsi qiymətləndirilmişdir. Tədqiqata hestasiya müddəti orta hesabla 34,2 ± 4,03 həftə olan hipoksik-işemik ensefalopatiyalı 46 yenidoğulmuş körpə cəlb edilmişdir. Yenidoğulmuşların əksəriyyəti (58,7%) vaxtından əvvəl (23-36 həftə), o cümlədən bir qədər gec dövrdə vaxtından əvvəl (34-36 həftə) — 21,7% və vaxtından xeyli əvvəl (28-31 həftə) — 17,5% doğulanlar olmuşdur. Son dərəcə vaxtından əvvəl (< 28 həftə) doğulmuş körpələrə daha az rast gəlinmişdir — 6,5%. Vaxtında doğulmuş körpələr (37-39 həftə) 41,3% təşkil etmişdir. CC-mutasiyasının homozigot variantının prevalentliyi müəyyən edilmişdir ki, bu da vaxtından əvvəl doğulmuş körpələr arasında xeyli yüksək tezliklə müşahidə edilmişdir. Bu variantın olması ölüm də daxil olmaqla mənfi nəticələrin artması ilə əlaqələndirilə bilər ki, bu da aşağı hestasiya yaşına çatmış körpələrdə damar adaptasiyasının və hemodinamik sabitliyin pozulması ilə əlaqədardır. Alınmış nəticələr AGT c.629C>T polimorfizminin neonatal dövrdə damar tonusunu və adaptasiyasını tənzimləyən mexanizmlərdə iştirakının mümkün olduğunu təsdiqləyir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Bağırova, A. (2026). YENİDOĞULMUŞLARDA HİPOKSİK-İŞEMİK ENSEFALOPATİYA İLƏ ANGIOTENZİNOGEN GENİNİN c.629C>T GEN POLİMORFİZMİNİN ƏLAQƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 16–21. https://doi.org/10.34921/amj.2026.2.003
Nömrə
Bölmə
KLİNİK TƏDQİQATLAR
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


