TİBB MÜƏSSİSƏLƏRİNİN İDARƏ EDİLMƏSİNDƏ SOSİAL-PSİXOLOJİ ÜSULLARIN TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.013Açar sözlər
menecment, sosial-psixoloji üsullar, tibb müəssisələrinə rəhbərlik, motivasiya, idarəetmənin səmərəliliyiXülasə
Məqalədə tibb müəssisələrinin idarə edilməsində sosial-psixoloji idarəetmə üsullarının tətbiqinə rəhbər şəxslərin münasibətinin və ona təsir edən amillərin müəyyənləşdirilməsi və idarəetmənin optimallaşdırılması yollarının işlənib hazırlanması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Tədqiqat işi xüsusi hazırlanmış ekspert qiymətləndirilməsi proqramı üzrə tibb müəssisələrində müxtəlif iyerarxik səviyyələrdə fəaliyyət göstərən 120 rəhbər işçi arasında aparılmışdır. Müəyyən edilmişdir ki, rəhbərlərin yalnız 9,2%-i özlərini sahibkar kimi hiss edir ki, bu da işə motivasiya və məsuliyyət hissinə mənfi təsir göstərir. Respondentlərin 93,3%-i rəhbərlərin kollektivdə ümumi dil tapmasının əməkdaşlıq və qarşılıqlı anlaşmanı artırdığını qeyd etmişdir. İdarəetmə personalının yalnız 65,8%-i sərbəst düşüncə və yaradıcı təşəbbüskarlığı dəstəkləyir. Bu faktorla idarəetmənin səmərəliliyi arasında güclü və müsbət korrelyasiya əlaqəsi (ρ=0,89) mövcuddur. Eyni zamanda, rəhbərlərin 81,7%-i rəhbərlik etdiyi şəxslərə etibar etdiyini, lakin 39,2%-i idarəetmədə fərqli situasiyalara eyni yanaşma göstərdiyini bildirmişdir ki, bu da innovativ qərarların qəbulunda məhdudiyyət yaradır. Dispersion analiz üsulu ilə sosial-psixoloji idarəetmə üsullarına münasibətin formalaşmasına müxtəlif faktorların təsir gücü öyrənilmişdir. Müəyyən edilmişdir ki, idarəetmə personalının səriştələrinin sosial-psixoloji üsullar sahəsində artırılması, kollektivin psixoloji xüsusiyyətlərinin nəzərə alınması və innovativ yanaşmaların tətbiqi tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün mühüm şərtlərdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


