ATONİK UŞAQLIQ QANAXMALARI ZAMANI KOMPRESSİON TİKİŞLƏRİN ERKƏN VƏ GEC AĞIRLAŞMALARI

Müəlliflər

  • C.F. Qurbanova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
  • N.S. Məhərrəmov Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutu
  • L.R. Süleymanova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2026.2.012

Açar sözlər

zahılıq dövrünün qanaxmaları, kompression tikişlər, B-Linç tikişləri, Hayman tikişləri, uşaqlıqdaxili bitişmələr

Xülasə

Məqalədə atonik uşaqlıq qanaxmaları zamanı B-Linç və Hayman tikişlərinin effektivliyini və reproduktiv nəticələrə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata uşaqlıq atoniyası ilə əlaqəli doğuşdan sonrakı qanaxması olan 103 pasiyent daxil edilmişdir: 38 pasiyentə B-Linç, 65 pasiyentə isə Hayman tikişi tətbiq edilmişdir. Erkən postoperativ ağırlaşmalar və uzaq reproduktiv nəticələr qiymətləndirilmişdir. Ağırlaşmalar B-Linç qrupunda daha tez-tez müşahidə olunmuşdur. Aşerman sindromunun tezliyi B-Linç qrupunda 7,9%, Hayman qrupunda isə 0% olmuşdur (p=0,048). İkincili sonsuzluq da B-Linç qrupunda daha artıq olmuşdur (13,2% qarşı 1,5%, p=0,025). Əməliyyatın müddəti B-Linç qrupunda əhəmiyyətli dərəcədə uzun olmuşdur (82,4±16,4 dəq qarşı 64,7±14,3 dəq, p<0.001). Nəticələr göstərmişdir ki, B-Linç üsulu endometrium və reproduktiv funksiya baxımından daha az əlverişlidir. Hayman üsulunun nəticəsi qənaətbəxşdir və bu üsul fertilliyin qorunmasına daha yaxşı şərait yarada bilər.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Qurbanova, C., Məhərrəmov, N., & Süleymanova, L. (2026). ATONİK UŞAQLIQ QANAXMALARI ZAMANI KOMPRESSİON TİKİŞLƏRİN ERKƏN VƏ GEC AĞIRLAŞMALARI. Azərbaycan Tibb Jurnalı, (2), 69–75. https://doi.org/10.34921/amj.2026.2.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR