YUMŞAQ TOXUMA SARKOMALARININ DİAQNOSTİKASINDA BƏZİ MOLEKULYAR BİOMARKERLƏRİN KLİNİK-PROQNOSTİK ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.011Açar sözlər
molekulyar biomarkerlər, yumşaq toxuma sarkomaları, PTEN, TUBB3, gemcitabinXülasə
Məqalədə yumşaq toxuma sarkomalarının diaqnostikasında ribonukleotidreduktaza M1 (RRM1), O-6- metilquanin-DNT-metiltransferaza (MGMT), III sinif -tubulin (TUBB3), həmçinin fosfataza və tenzin homoloqu (PTEN) biomarkerlərinin klinik və proqnostik əhəmiyyətinin qiymətləndirilməsinə həsr olunmuş tədqiqat işinin nəticələri haqqında məlumat verilir. Tədqiqata yumşaq toxuma sarkoması diaqnozu qoyulmuş 250 pasiyentin nəticələri daxil edilmişdir. Tədqiq olunan biomarkerlərin ekspressiyası immunhistokimyəvi üsulla qiymətləndirilmiş, xəstələrin ümumi yaşama və proqressiyasız yaşama göstəricisi Kaplan-Meier metodu və proporsional risk modeli vasitəsilə analiz edilmişdir. Nəticələr göstərmişdir ki, PTEN ekspressiyasının azalması ümumi yaşama göstəricisinın azalması ilə (HR=1,9; 95% CI: 1,3-2,7; p<0,05), TUBB3-ün yüksək ekspressiyası isə proqressiyasız yaşama göstəricisinin pisləşməsi ilə (HR=1,7; 95% CI: 1,2-2,4; p<0,05) əlaqəlidir. Gemsitabinlə müalicə edilən xəstələrdə RRM1-in aşağı ekspressiyası daha əlverişli yaşama göstəricisi ilə müşayiət edilmişdir (HR=0,53; 95% CI: 0,32-0,87; p<0,05). Alınan nəticələr bu biomarkerlərin yumşaq toxuma sarkomasının proqnozunun müəyyənləşdirilməsində əhəmiyyətli olub, fərdiləşdirilmiş müalicə strategiyalarının formalaşdırılmasına töhfə verə bilər.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Quliyeva, T., Səfərova, S., & Kərimova, G. (2026). YUMŞAQ TOXUMA SARKOMALARININ DİAQNOSTİKASINDA BƏZİ MOLEKULYAR BİOMARKERLƏRİN KLİNİK-PROQNOSTİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 63–68. https://doi.org/10.34921/amj.2026.2.011
Nömrə
Bölmə
KLİNİK TƏDQİQATLAR
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


