KOLOREKTAL ANASTOMOZLARIN CƏRRAHİ MÜALİCƏSİ ZAMANI TİKİŞ TUTMAZLIĞININ PROFİLAKTİKASININ YENİ ÜSULU

Müəlliflər

  • Z.E. İsmayılova Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrası

DOI

https://doi.org/10.34921/amj.2026.2.009

Açar sözlər

kolorektal anastomoz, anastomoz tutmazlığı, Laennek preparatı, tikiş xəttinin qan təchizatının dəyərləndirilməsi

Xülasə

Məqalədə müasir cərrahiyyənin aktual problemlərindən biri olan kolorektal anastomoz tutmazlığının qarşısının alınması və anastomozun regenerasiyasının optimallaşdırılması məqsədilə aparılmış elmi-tədqiqat işininin nəticələri əks etdirilmişdir. Klinik tədqiqat kolorektal anastomoz qoyulmuş 177 xəstəni əhatə edir, onlardan 97-si əsas, 80-i isə müqayisə qrupuna daxil edilmişdir. Əsas qrupda anastomoz nahiyəsinin qan təchizatı angiotenziometriya metodu ilə qiymətləndirilmiş və buna əsasən cərrahi taktika seçilmişdir. Anastomozdakı mexaniki gərginliyi aradan qaldırmaq üçün müəlliflər tərəfindən patentləşdirilən (Patent №048190; 31.10.2024, Patent №052053; 26.12.2025) xüsusi fiksəedici tikiş üsulları tətbiq edilmişdir. Eyni zamanda, anastomozlarda regenerasiya prosesini sürətləndirmək məqsədilə "Laennek" preparatından istifadə edilmişdir. Tədqiqatın nəticələrinə görə, kompleks profilaktik tədbirlərin tətbiqi nəticəsində əsas qrupda kolorektal anastomoz tutmazlığı göstəricisi 4,12%-ə, kontrol qrupda isə 16,25%-ə bərabər olmuşdur. Yekun olaraq, intramural təzyiqin ölçülməsi, anastomozdakı gərginliyin gətirici ilgəyin anatomik dayaq nöqtələrinə fiksasiyası ilə aradan qaldırılması və Laennek preparatından istifadə kolorektal anastomoz tutmazlığı riskini minimuma endirən effektiv metodlar kimi sübut olunmuşdur.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

İsmayılova, Z. (2026). KOLOREKTAL ANASTOMOZLARIN CƏRRAHİ MÜALİCƏSİ ZAMANI TİKİŞ TUTMAZLIĞININ PROFİLAKTİKASININ YENİ ÜSULU. Azərbaycan Tibb Jurnalı, (2), 49–54. https://doi.org/10.34921/amj.2026.2.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR