BAZU OYNAĞININ SIXILMA SİNDROMUNUN DİAQNOSTİKASINDA ULTRASƏS VƏ MAQNİT-REZONANS TOMOQRAFİYASI MÜAYİNƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Müəlliflər

  • A.Y. Axundova Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi
  • M.C. Sultan Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrası
  • T.Ə. Sultanova Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrası

DOI

https://doi.org/10.34921/amj.2026.2.002

Açar sözlər

çiyin oynağı, sıxılma sindromu (SS), supraspinatus əzələ vətəri, maqnit-rezonans tomoqrafiya (MRT), ultrasəs müayinəsi (USM), subakromial-subdeltoid bursit

Xülasə

Məqalədə bazu oynağının sıxılma sindromunun diaqnostikasında ultrasəs müayinəsi (USM) ilə maqnitrezonans tomoqrafiya (MRT) müayinələrinin müqayisəli dəyərləndirilməsi məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata cəlb edilmiş 98 xəstənin müayinələrinin nəticələri göstərmişdir ki, USM üsulu ilkin qiymətləndirmədə faydalı olsa da, patoloji dəyişikliklərin yayılma dərəcəsinin, yanaşı vətər zədələnmələrinin və prosesin mərhələsinin daha dəqiq müəyyən edilməsi baxımından MRT müayinəsinin imkanları daha yüksəkdir. Məqalədə həmçinin bazu oynağının sıxılması sindromu olan 57 yaşlı kişi pasiyentdə aparılmış USM və MRT müayinələrinin nəticələri təqdim edilmişdir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Axundova, A., Sultan, M., & Sultanova, T. (2026). BAZU OYNAĞININ SIXILMA SİNDROMUNUN DİAQNOSTİKASINDA ULTRASƏS VƏ MAQNİT-REZONANS TOMOQRAFİYASI MÜAYİNƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ. Azərbaycan Tibb Jurnalı, (2), 11–15. https://doi.org/10.34921/amj.2026.2.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR