OBTURATOR DİŞ PROTEZİ NÜMUNƏLƏRİNİN SƏTHİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.021Açar sözlər
titan ərintisi, poliefirefirketon, obturator-protez, nahamarlıq, islanma bucağıXülasə
Məqalədə obturator diş protezi nümunələrinin xassələrini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri təqdim edilmişdir. Bu məqsədlə işlənmə üsulundan asılı olaraq 6 qrupa bölünmüş 115 nümunənin səthinin nahamarlığı və islanma bucağı nəzərə alınmaqla, eksperimental tədqiqatın nəticələri təqdim edilib. Obturator protezlərin 6 qrupu müqayisə edilmişdir: I qrup – (kontrol qrupu) hamar işlənmiş 15 titan ərintisi nümynəsi; II qrup – lazerlə işlənmiş 20 titan nümunəsi; III qrup – hamar işlənmiş 20 poliefirefirketon (PEEK) nümunəsi; IV qrup – modifikasiya olunmuş lazerlə işlənmiş 20 PEEK nümunəsi; V qrup – plazma ilə işlənmiş 20 PEEK nümunəsi; VI qrup – lazer və plazma ilə işlənmiş 20 PEEK nümunəsi; Tədqiqatın nəticəsinə görə, modifikasiya olunmamış səthlərlə müqayisədə lazerlə modifikasiya olunmuş titan və PEEK nümunələri daha yaxşı səthlərin əldə edilməsinə imkan verir. PEEK səthlərinin nahamar olması klinik qəbul olunandır. PEEK materiallarının plazma ilə işlənməsi bu polimerin islanmasını artırır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


