ALİ MƏKTƏBLƏRDƏ TƏHSİL ALAN TƏLƏBƏ GƏNCLƏRİN EMOSİONAL İDRAKININ VƏ HƏYAT KEYFİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • Z.Q. İsmayılova Azərbaycan Tibb Universiteti https://orcid.org/0000-0003-4571-6275
  • Ş.M. Balayeva Azərbaycan Tibb Universiteti
  • İ.İ. Mustafayeva Azərbaycan Tibb Universiteti
  • N.C. Cəfərzadə Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.23

Açar sözlər

emosional idrak, həyat keyfiyyəti, sağlamlığın fiziki və psixi komponentləri

Xülasə

Məqalədə tələbələrin emosional idrakının və həyat keyfiyyətinin öyrənilməsi məqsədilə aparılan tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat Azərbaycan Tibb Universitetinin (ATU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 250 nəfər tələbəsi arasında N. Holl testi və SF-36 (Short Form-36) sorğu anketinə əsasən aparılmışdır. Emosional idrak beş istiqamətdə qiymətləndirilmiş, yüksək, orta və aşağı olmaqla inkişaf səviyyələri müəyyənləşdirilmiş, həyat keyfiyyətinin qiymətləndirmə göstəriciləri isə toplam ballara görə təyin edilmişdir. Tədqiqat göstərmişdir ki, emosional idrakın inkişaf səviyyəsi tələbələrin həyat keyfiyyəti göstəricilərinə təsiri vardır; müxtəlif ali məktəblərdə təhsil alan tələbələr, eləcə də qızlar və oğlanlar arasında ciddi fərqlər mövcuddur. Hər iki universitetdə xüsusən, tibb universitetində təhsil alan tələbələrin emosiyaları idarəetmə, digər şəxslərin emosiyalarını tanıma və motivasiya bacarıqlarının aşağı səviyyəsi aşkar edilmişdir, qızlarda emosiyaları idarəetmə bacarığı oğlanlarla müqayisədə daha aşağı olmuşdur (p˂0,05). Beləliklə, alınan məlumatların təhlili, emosional idrakın inkişaf səviyyəsinin tələbələrin həyat keyfiyyətinə təsirinin yüksək olduğunu göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

İsmayılova, Z., Balayeva, Ş.M., Mustafayeva, İ.İ., & Cəfərzadə, N. (2025). ALİ MƏKTƏBLƏRDƏ TƏHSİL ALAN TƏLƏBƏ GƏNCLƏRİN EMOSİONAL İDRAKININ VƏ HƏYAT KEYFİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 136–140. https://doi.org/10.34921/amj.2025.3.23

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ