POSTCOVİD DÖNƏMİNDƏ UŞAQLARLA MÜQAYİSƏDƏ BÖYÜKLƏRDƏ SUÇİÇƏYİNİN GEDİŞİNİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ VƏ BU XƏSTƏLİYİN SPESİFİK PROFİLAKTİKASININ ƏHƏMİYYƏTİ

Müəlliflər

  • M.H. Bağırova Azərbaycan Tibb Universiteti https://orcid.org/0009-0000-2969-0082
  • R.R. Bəylərova Azərbaycan Tibb Universiteti
  • M.M. Muxtarov Azərbaycan Tibb Universiteti
  • K.Ə. Cəfərova Azərbaycan Tibb Universiteti
  • R.T. Nəzərova Azərbaycan Tibb Universiteti
  • Ş.M. Rəşidova Azərbaycan Tibb Universiteti
  • G.A. Kərimova Azərbaycan Tibb Universiteti
  • A.C. Orucova Azərbaycan Tibb Universiteti
  • N.B. Şıxəliyeva Azərbaycan Tibb Universiteti
  • N.M. Şükürova 6 №-li Şəhər Klinik Xəstəxanası, Bakı
  • M.A. Abdullayev Azərbaycan Tibb Universiteti
  • B.N. Əsədov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.01

Açar sözlər

postkovid dövrü, suçiçəyi, klinik gediş, immun sistem, vaksinasiya, profilaktika, bullyoz səpgi

Xülasə

Məqalədə postkovid dönəmində uşaqlarla müqayisədə böyüklərdə suçiçəyi xəstəliyinin klinik gedişinin fərqlərini və spesifik profilaktikanın rolunu araşdımaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat zamanı ümumilikdə 91 pasiyentin – 6 ayla 18 yaş arasında olan 63 uşağın və 18 yaşdan yuxarı olan 28 böyüyün klinik və laborator göstəriciləri müqayisə edilmişdir. Tədqiqata suçiçəyi əleyhinə peyvənd edilməyən pasiyentlər daxil edilmişdir. Müxtəlif yaş qruplarında simptomlar və laborator göstəricilər təhlil edilmişdir. Statistik analiz nəticəsində uşaqlarla müqayisədə böyüklərdə bədən temperaturu, ALT və AST-nin səviyyələri, leykosit və CRP kimi göstəricilərdə yüksək artım müşahidə olunmuş və əhəmiyyətli fərqlər qeydə alınmışdır ((p<0,05). Böyüklərdə daha çox rast gəlinən klinik əlamətlərə baş ağrısı, bullyoz və hemorragik səpgilər aiddir. Uşaqlarda isə xəstəlik əsasən yüngül səpgilərlə və qısamüddətli gedişlə xarakterizə olunur (p<0,001). Postkovid dövründə böyüklərdə suçiçəyinin daha ağır keçməsi immun sistemin zəifləməsi, spesifik profilaktikanın aparılmaması və xəstələrin əksəriyyətində yanaşı xronik xəstəliklərlə əlaqələndirilmişdir. Bu vəziyyət risk qrupuna daxil olan əhali üçün peyvəndləmə və profilaktik tədbirlərin zəruriliyini göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Bağırova, M., Bəylərova, R., Muxtarov , M., Cəfərova, K., Nəzərova, R., Rəşidova, Ş.M., … Əsədov, B. (2025). POSTCOVİD DÖNƏMİNDƏ UŞAQLARLA MÜQAYİSƏDƏ BÖYÜKLƏRDƏ SUÇİÇƏYİNİN GEDİŞİNİN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ VƏ BU XƏSTƏLİYİN SPESİFİK PROFİLAKTİKASININ ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (3), 5–10. https://doi.org/10.34921/amj.2025.3.01

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR