BİRDƏFƏLİK KƏSKİN FİZİKİ YÜK REJİMİNDƏ ALVEOLYARARASI KAPİLLYARLARIN ULTRASTRUKTUR DƏYİŞİKLİKLƏRİ

Müəlliflər

  • T.S. Sultanova Azərbaycan Tibb Universiteti
  • S.M. Yaqubova Azərbaycan Tibb Universiteti
  • T.N. Mirzəyeva Azərbaycan Tibb Universiteti
  • K.J. Quilyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.029

Açar sözlər

fiziki yük, alveolyararası kapillyarlar, hipoksiya, asidoz, aerohematik baryer

Xülasə

Məqalədə birdəfəlik kəskin fiziki yükün təsiri ilə alveollararası kapillyarların zədələnmə xüsusiyyətlərinin tədqiqi haqda məlumatlar təqdim edilmişdir. Tədqiqat cinsi xətti bəlli olmayan, cinsi yetkinliyə çatmış, bədən kütləsi 120-150 qram olan 5-10 aylıq erkək ağ siçovullar üzərində aparılmışdır. Cəmi 30 təcrübə heyvanından istifadə edilmişdir ki, onlardan da 10-u kontrol qrupu təşkil etmişdir. Heyvanlar birdəfəlik fiziki yükün təsirinə (fırlanan çarxda 3 saatlıq qaçış) məruz qalmışlar. Kompleks anatomik, histokimyəvi, elektronhistokimyəvi və ultramikroskopik tədqiqatlar əsasında birdəfəlik kəskin fiziki yük rejimində ağciyərlərin respirator şöbəsinin modal dəyişiklikləri öyrənilmişdir. Kəmiyyət göstəriciləri “Sony Vaio” kompüterində Microsoft Exsell LL XP proqramları əsasında riyazi statistik üsulla işlənmişdir. Aparılmış tədqiqatlar nəticəsində birdəfəlik kəskin fiziki yükdən sonra ağciyərlərdə baş verən dəyişikliklərin kapillyarların ultrastruktur vəziyyəti ilə bağlı olduğu aşkar edilmişdir. Kəskin fiziki yüklənmə zamanı müxtəlif kapillyarlarının fərqli funksional aktivliyi ilə əlaqədar olaraq onların divarında fərqli dəyişikliklər müəyyən edilmişdir. “Şərti norma” təsviri ilə müqayisədə alveollararası kapillyarların ultrastrukturu dəyişmişdir. Hava-qan baryerinin kəskin yük zamanı dəyişilməsinin ən universal əlaməti onun bütün elementlərinin keçiriciliyinin artması, diffuz ödem, alveolyar epitelin və kapillyarların endotel hüceyrələrinin vezikulyar və vakulyar komponentlərinin artması olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Sultanova, T., Yaqubova, S., Mirzəyeva, T., & Quilyeva, K. (2025). BİRDƏFƏLİK KƏSKİN FİZİKİ YÜK REJİMİNDƏ ALVEOLYARARASI KAPİLLYARLARIN ULTRASTRUKTUR DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 182–186. https://doi.org/10.34921/amj.2025.2.029

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT