LİPOSAKSİYA ƏMƏLİYYATINDAN SONRAKI YUMŞAQ TOXUMA DEFEKTLƏRİNİN AUTOLOJİ PİY TRANSPLANTASİYASI VASİTƏSİLƏ PROFİLAKTİKASI

Müəlliflər

  • G.R. Bayramlı Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.001

Açar sözlər

liposaksiya, lipofilinq, yumşaq toxuma defektləri

Xülasə

Məqalədə liposaksiya əməliyyatından sonra yumşaq toxumada qalan defektlərin sayını azaltmaq üçün profilaktika məqsədilə əməliyyatın sonunda autopiy transplantasiyasının faydasını araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat işi 70 xəstə üzərində aparılmışdır. Xəstələr iki qrupa ayrılmışdır. Birinci qrupa (kontrol qrupu) daxil edilmiş 40 xəstəyə klassik liposaksiya icra edilmişdir. İkinci qrupdakı 30 xəstədə isə, liposaksiya əməliyyatının sonunda dəri və dərialtı təbəqədə qalan nahamarlıqların qarşısını almaq üçün, əməliyyat sahəsinə xəstənin özündən alınmış və sentrifuqadan keçirilərək təmizlənilmiş piy hüceyrələri bərabər şəkildə paylanmışdır. Xəstələr üzərində 1 il ərzində müşahidə aparılmış və nəticələr həkim rəyi, anket sorğusu, ultrasəs müayinəsi və histoloji müayinə ilə qiymətləndirilmişdir. Əməliyyat sahəsinə autolipofilinq aparılmış xəstələrdə nəticələr qaneedici olmuş, yumşaq toxumadakı nahamarlıqlar, asimmetriyalar, dərialtı fibrozlar azalmış, dərinin yığılma qabiliyyəti artmış, dəridə rəng dəyişikliyi azalmış, pasientlər əməliyyat nəticəsindən məmnun qalmışlar.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Bayramlı , G. (2024). LİPOSAKSİYA ƏMƏLİYYATINDAN SONRAKI YUMŞAQ TOXUMA DEFEKTLƏRİNİN AUTOLOJİ PİY TRANSPLANTASİYASI VASİTƏSİLƏ PROFİLAKTİKASI. Azərbaycan Tibb Jurnalı, (4), 5–10. https://doi.org/10.34921/amj.2024.4.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR