HESTASİYA DÖVRÜNDƏ KALSİUM ANTAQONİSTLƏRİNİN TƏSİRİNƏ MƏRUZ QALMIŞ DİŞİ SİÇOVULLARIN YENİ TÖRƏNƏN NƏSLİNİN FİZİKİ İNKİŞAFI
DOI
https://doi.org/10.34921/amj.2024.3.024Açar sözlər
kalsium antaqonistləri, hamiləlik, əlavə təsirlər, yenidoğulmuşların fiziki inkişafıXülasə
Məqalədə ana bətnində kalsium antaqonistlərinin təsirinə məruz qalmış döllərdə dərmanların effektivliyini müəyyən etmək üçün aparılan tədqiqatın nəticələri təqdim edilib. Tədqiqata mayalanmadan 21 gün əvvəl, bütün hamiləlik dövründə və ana südü ilə bəslənmə dövründə KA qəbul edən dişi siçovulllardan doğulmuş 282 siçovul balası cəlb edilmişdir. Əldə edilən məlumatlar göstərir ki, hamiləlik dövründə KA qəbul edən dişilərdən doğulan siçovul balalarında kəsici dişlərin çıxma müddəti kontrol qrupu ilə müqayisədə gecikir. Həmçinin siçovul balalarında 5 mq/kq dozada verapamillə, 5 mq/kq dozada isə diltiazem fonunda gözlərin gec açıldığı müşahidə edilir, qulaq seyvanının açılması ləngiyir. Fiziki inkişafın digər parametrləri kontrol qrupun siçovul balaları ilə analogiya təşkil etmiş və statistik cəhətdən əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Fiziki inkişaf dövründə nifedipin qrupundan olan siçovul balalarında əhəmiyyətli dəyişikliklər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, hamiləlik və laktasiya dövründə istifadə edilən KA yeni doğulan nəsildə bədən kütləsinin artım sürətinin azalmasına və fiziki inkişafda geriləmələrə səbəb olur. Ən az əhəmiyyətli dəyişikliklər nifedipinin fonunda müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


