EKSPERİMENTAL ŞƏRAİTDƏ MÜXTƏLİF İMPLANT TİPLƏRİNİN QARIN DİVARI TOXUMALARINA TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2024.30.50.001Açar sözlər
qasıq yırtıqları, plastika, implantlar, qarnın ön divarı, birləşdirici toxumaXülasə
Periton toxumasının və qarın divarının əzələ-aponevroz qatının tirotrisin antibiotiki hopdurulmuş polipropilen implanta reaksiyasını öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Eksperimental tədqiqat 2022-2023-cü illərdə Dnepr Tibb Universiteti klinikasının laboratoriyasında kütləsi 200-240 q olan Wistar xəttinə mənsub erkən siçovullar hər birində 5 baş olmaqla 4 qrupa bölünmüşdür. Eksperimental tədqiqatın gedişində qarın divarının əzələ-aponevroz qatının və peritonun polipropilen tərkibli torla qarşılıqlı surətdə bir-birinə inteqrasiya etdiyi aşkara çıxmışdır. Bu zaman toxumaların implantla inteqrasiya etdiyi zonalarda aktiv surətdə kollagenogenez prosesləri və birləşdirici toxumanın aydın şəkildə damarlarla zənginləşməsi müşahidə edilmişdir. Tirotrisin antibiotiki hopdurulmuş torların ətrafında yaranan birləşdirici toxumanın morfoloji xüsusiyyətləri əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da orqanizmin toxumalarının bioloji cəhətdən polipropilen implantları ilə yaxşı uyğunlaşa bildiyini göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


