YENİDOĞULMUŞUN İNTRANATAL TRAVMALARI: NAZOLOJİ STRUKTURU VƏ RİSK FAKTORLARI
DOI
https://doi.org/10.34921/amj.2023.4.012Açar sözlər
yenidoğulmuş, doğuş travması, nozoloji struktur, risk faktorlarıXülasə
Məqalədə intranatal travmatik zədələnmələrin nozoloji strukturunun və onların əmələ gəlməsində iştirak edən risk faktorlarının öyrənilməsinə dair tədqiqatın nəticələri təqdim edilmişdir. Bundan ötrü 456 intranatal travma hadisəsinin retrospektiv analizi aparılmışdır.
Əldə edilmiş dəlillər guman etməyə əsas verir ki, onurğanın boyun hissəsinin intranatal zədələnmələri üzrə hipodiaqnostika halı vardır. Bu, ənənəvi instrumental diaqnostika metodlarının informativliyinin zəif olması, onurğanın boyun hissəsinin bətndaxili inkişaf dövründə anatomik cəhətdən tam yetkinləşməməsi və mamalıq travmaları haqqında hesabatın açıqlanmasının arzuedilən olmaması ilə izah edilə bilər. Müəlliflərin fikrincə, onurğanın boyun şöbəsinin travmalarının diaqnostika üsullarının təkmilləşdirilməsinin perspektivi böyükdür.
Doğuş travmalarının ümumi hədəflərinin qiymətləndirilməsi onların yaranma tezliyinin və ağırlığının azaldılması yönümündə prenatal və perinatal yardımın keyfiyyətini yüksəldə bilər. Buna görə doğuş travmalarının profilaktika və müalicə strategiyasının müəyyənləşdirilməsi üçün bu patologiyanın daha geniş miqyasda tədqiqinə ehtiyac vardır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


