YENİDOĞULMUŞUN İNTRANATAL TRAVMALARI: NAZOLOJİ STRUKTURU VƏ RİSK FAKTORLARI

Авторы

  • Yu.V. Şkatula Sumı Dövlət Universiteti
  • İ.M. Nikitina Sumı Dövlət Universiteti
  • Yu.A. Tkaçenko Sumı Dövlət Universiteti
  • Yu.O. Badion Sumı Dövlət Universiteti
  • S.M. Kasyan Sumı Dövlət Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2023.4.012

Ключевые слова:

yenidoğulmuş, doğuş travması, nozoloji struktur, risk faktorları

Аннотация

Məqalədə intranatal travmatik zədələnmələrin nozoloji strukturunun və onların əmələ gəlməsində iştirak edən risk faktorlarının öyrənilməsinə dair tədqiqatın nəticələri təqdim edilmişdir. Bundan ötrü 456 intranatal travma hadisəsinin retrospektiv analizi aparılmışdır.
Əldə edilmiş dəlillər guman etməyə əsas verir ki, onurğanın boyun hissəsinin intranatal zədələnmələri üzrə hipodiaqnostika halı vardır. Bu, ənənəvi instrumental diaqnostika metodlarının informativliyinin zəif olması, onurğanın boyun hissəsinin bətndaxili inkişaf dövründə anatomik cəhətdən tam yetkinləşməməsi və mamalıq travmaları haqqında hesabatın açıqlanmasının arzuedilən olmaması ilə izah edilə bilər. Müəlliflərin fikrincə, onurğanın boyun şöbəsinin travmalarının diaqnostika üsullarının təkmilləşdirilməsinin perspektivi böyükdür.
Doğuş travmalarının ümumi hədəflərinin qiymətləndirilməsi onların yaranma tezliyinin və ağırlığının azaldılması yönümündə prenatal və perinatal yardımın keyfiyyətini yüksəldə bilər. Buna görə doğuş travmalarının profilaktika və müalicə strategiyasının müəyyənləşdirilməsi üçün bu patologiyanın daha geniş miqyasda tədqiqinə ehtiyac vardır.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Şkatula, Y., Nikitina, İ.M., Tkaçenko, Y., Badion, Y., & Kasyan, S. (2023). YENİDOĞULMUŞUN İNTRANATAL TRAVMALARI: NAZOLOJİ STRUKTURU VƏ RİSK FAKTORLARI. Azərbaycan Tibb Jurnalı, (4), 83–90. https://doi.org/10.34921/amj.2023.4.012

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR