XRONİK DAKRİOSİSTİTİN CƏRRAHİ MÜALİCƏSİNDƏ ENDONAZAL ENDOSKOPİK DAKRİOSİSTORİNOSTOMİYANIN UĞURSUZ NƏTİCƏLƏNMƏSİNİN SƏBƏBLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.009Açar sözlər
xronik dakriosistit, endonazal endoskopik dakriosistorinostomiyaXülasə
Məqalədə xronik dakriosistitlərin müalicəsində endonazal dakriosistorinostomiya (EDSR) əməliyyatının uğursuz nəticələnməsinə səbəb olan faktorların öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Xronik dakriosistit diaqnozu ilə operativ müalicə edilən 55 xəstənin xəstəlik tarixi retrospektiv olaraq (55 göz) araşdırılmışdır (2018-2022-ci illər). Bütün xəstələrə EDSR əməliyyatı aparılmışdır. Əməliyyatlar “Fieger Endophtix” videoendoskopik kompleksinin köməkliyi ilə aparılmışdır. EDSR cərrahi əməliyyatından sonrakı dövrdə (3-6 ay) 34 xəstədə (61,8%) müsbət nəticə alınmışdır. Xəstələrdən 15 nəfərdə (27,3%) hissəvi uğurlu nəticə alınmışdır, 6 nəfərdə isə (10,9%) cərrahi əməliyyat uğursuz nəticələnmişdir. Buna da əsəs səbəb kimi bir neçə yanaşı gedən xəstəlikləri (şəkərli diabeti, burun selikli qişasının hipertrofiyasını, dərman preparatlarına allergiyanı və s.) göstərmək olar. Beləliklə, EDSR metodu daha sadə olmaqla bərabər, qısa zaman ərzində aparılır. EDSR əməliyyatından sonra uğursuzluğun risk faktoru kimi şəkərli diabeti, burun selikli qişasının hipertrofiyasını və dərman preparatlarına allergiyanı qeyd etmək olar.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


