XRONİK DAKRİOSİSTİTİN CƏRRAHİ MÜALİCƏSİNDƏ ENDONAZAL ENDOSKOPİK DAKRİOSİSTORİNOSTOMİYANIN UĞURSUZ NƏTİCƏLƏNMƏSİNİN SƏBƏBLƏRİ

Авторы

  • N.B. Musayeva Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsi
  • N.M. Rüstəmova Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

DOI:

https://doi.org/10.34921/amj.2023.4.009

Ключевые слова:

xronik dakriosistit, endonazal endoskopik dakriosistorinostomiya

Аннотация

Məqalədə xronik dakriosistitlərin müalicəsində endonazal dakriosistorinostomiya (EDSR) əməliyyatının uğursuz nəticələnməsinə səbəb olan faktorların öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Xronik dakriosistit diaqnozu ilə operativ müalicə edilən 55 xəstənin xəstəlik tarixi retrospektiv olaraq (55 göz) araşdırılmışdır (2018-2022-ci illər). Bütün xəstələrə EDSR əməliyyatı aparılmışdır. Əməliyyatlar “Fieger Endophtix” videoendoskopik kompleksinin köməkliyi ilə aparılmışdır. EDSR cərrahi əməliyyatından sonrakı dövrdə (3-6 ay) 34 xəstədə (61,8%) müsbət nəticə alınmışdır. Xəstələrdən 15 nəfərdə (27,3%) hissəvi uğurlu nəticə alınmışdır, 6 nəfərdə isə (10,9%) cərrahi əməliyyat uğursuz nəticələnmişdir. Buna da əsəs səbəb kimi bir neçə yanaşı gedən xəstəlikləri (şəkərli diabeti, burun selikli qişasının hipertrofiyasını, dərman preparatlarına allergiyanı və s.) göstərmək olar. Beləliklə, EDSR metodu daha sadə olmaqla bərabər, qısa zaman ərzində aparılır. EDSR əməliyyatından sonra uğursuzluğun risk faktoru kimi şəkərli diabeti, burun selikli qişasının hipertrofiyasını və dərman preparatlarına allergiyanı qeyd etmək olar.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Musayeva, N., & Rüstəmova, N. (2023). XRONİK DAKRİOSİSTİTİN CƏRRAHİ MÜALİCƏSİNDƏ ENDONAZAL ENDOSKOPİK DAKRİOSİSTORİNOSTOMİYANIN UĞURSUZ NƏTİCƏLƏNMƏSİNİN SƏBƏBLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 63–67. https://doi.org/10.34921/amj.2023.4.009

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR