QAN ZÜLALLARININ KƏMİYYƏTCƏ DƏYİŞMƏSİNİN ŞƏKƏRLİ DİABETİN AĞIRLIQ DƏRƏCƏSİNDƏN ASILILIĞI

Müəlliflər

  • R.Q. Əbilova Azərbaycan Tibb Universiteti
  • T.A. Əsgərova Azərbaycan Tibb Universiteti
  • G.A. Cəfərova Azərbaycan Tibb Universiteti
  • H.M. Osmanov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.1.003

Açar sözlər

şəkərli diabet, albuminlər, qlobulinlər

Xülasə

Məqalədə səkərli diabetin agırlıq dərəcəsindən asılı olaraq xəstələrin qan serumunda zülalların kəmiyyətcə dəyisməsini öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir.
Tədqiqat işində şəkərli diabet xəstəliyi təsdiq edilmiş 20-60 yaşlı xəstələrin qan serumundan istifadə edilmişdir Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstələr 3 qrupa bölunmusdur. Birinci qrupa I tip şəkərli diabet xəstələri daxil edilmişdir (xəstəliyin ağır forması). İkinci qrupa II tip şəkərli diabet xəstələri daxil edilmişdir. Bu xəstələr əvvəllər peroral, şəkərsalıcı vasitələrdən istifadə etmiş, sonralar onlarda sulfanilamid preparatlarına qarşı rezistentlik əmələ gəldiyi üçün insulin preparatlarına keçirilmişdir (xəstəliyin orta ağır forması). Üçüncü qrupa insulindən asılı olmayan II tip şəkərli diabet xəstələri daxil edilmişdir (xəstəliyin yüngül forması). Hər 3 qrupda xəstələrin sayı 18 nəfərdən ibarət olmuşdur. Tədqiqatdan alınan nəticələr göstərmişir ki, I qrup xəstələrin qanında albuminlərin qatılığı 29% (p<0,001), II qrupda 16% (p<0,001), III qrupda 11% (p<0,05) azalmışdır. Qanda α-qlobulinlərin qatılığı I qrupda demək olar ki, kontrol səviyyəsində qalmış, II qrupda 38% artmış (p<0,005), III qrupda isə kontrol göstəricilərindən az fərqlənmişdir. Qanda β-qlobulinlərin qatılığı xəstəliyin bütün formalarında əhəmiyyətli dərəçədə artmışdir: I qrupda 65% (p<0,05), II qrupda 86% (p<0,001), III qrupda 57% (p<0,01), γ-qlobulinlərin qatılığının isə hər uc qrupda əhəmiyyətsiz artdığı muşahidə edilmişdir. Belə ki, I qrup xəstələrdə kontrol həddinə nisbətən 16,43%, II qrupda 7,2%, III qrupda 0,32% artmışdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Əbilova, R., Əsgərova, T., Cəfərova, G., & Osmanov, H. (2022). QAN ZÜLALLARININ KƏMİYYƏTCƏ DƏYİŞMƏSİNİN ŞƏKƏRLİ DİABETİN AĞIRLIQ DƏRƏCƏSİNDƏN ASILILIĞI. Azərbaycan Tibb Jurnalı, (1), 19–23. https://doi.org/10.34921/amj.2022.1.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR