KORONAVİRUS İNFEKSİYASININ HEMATOLOJİ ƏLAMƏTLƏRİNİN XƏSTƏLİYİN AĞIRLIQ DƏRƏCƏSİNDƏN ASILILIĞI
DOI
https://doi.org/10.34921/amj.2023.3.007Açar sözlər
COVID-19 infeksiyası, trombositlər, leykositlər, leykositar indekslərXülasə
Məqalədə COVID-19 infeksiyası zamanı xəstələrin periferik qanında, o cümlədən hematoloji leykositar indekslərdə baş verən dəyişiklikləri öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri haqqında məlumat verilmişdir. COVID-19 infeksiyası olan 92 xəstənin (44 nəfərdə yüngül və 48 nəfərdə ağır gedişli) hematoloji göstəriciləri öyrənilmiş, baş verən dəyişikliklər təhlil edilərək qiymətləndirilmişdir. Müayinələr zamanı periferik qanda eritrosit və trombositlərin sayının dəyişmələri əsasən ağır gedişli xəstələrdə aşkar edilmişdir. Leyksitar düsturun dəyişiklikləri isə yüngül gedişli xəstələrdə limfositoz, ağır gedişi olanlarda isə neytrofil leykositoz olmasi ilə özünü göstərmişdir. Reaktivlik indekslərinin – hematoloji leykositar indekslərin öyrənilməsi zamanı ağır gedişli xəstələrdə leykositar indeksin (Lİ) azalması və qanda leykositlərin yerdəyişmə indeksinin (QLYİ) artması müəyyən edilmişdir ki, bu da kəskin iltihabi proseslər zamanı orqanizmin uyğunlaşma mexanizmi resuslarının kifayət qədər olmadığının göstəricisi hesab edilə bilər. QLYİ-nin artması və ya Lİ-nin azalması, COVID-19 infeksiyası olan xəstələrin ümumi reaktivliyində meydana çıxan əlverişsiz dəyişikliklər proqnostik əhəmiyyət kəsb edən göstərici hesab edilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


