QAMIŞ SÜMÜYÜ KONDİLUSU SINIQLARININ CƏRRAHİ MÜALİCƏSİNDƏ ARTROSKOPİYADAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ

Müəlliflər

  • Ə.A. Cəfərov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.1.002

Açar sözlər

qamış sümüyü kondilusu sınığı, artroskopiya dəstəkli osteosintez, diz-oynağının artroskopiyası

Xülasə

Məqalədə qamış sümüyü kondilusu sınıqlarının cərrahi müalicəsində diz-oynaq artrosko¬piyasının əhəmiyyətini və üstün cəhətlərini ortaya çıxarmaq, spesifik xəstələrdə artroskopiya dəstəkli cərrahiyyənin effektivliyini və təhlükəsizliyini təhlil etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Qamış sümüyü kondilusu sınığına görə cərrahi müalicə almış 36 xəstə arasından artroskopiya dəstəkli osteosintez əməliyyatı olunan 7 nəfərdə klinik və rentgenoloji nəticələr retrospektiv araşdırılmış, əməliyyat¬dan sonrakı dövrlərdə diaqnostika və kontrol məqsədilə 11 xəstədə həyata keçirilən diz-oynaq artrosko¬piyasının nəticələri qiymətləndirilmişdir. Əməliyyatdan sonrakı reabilitasiya problemləri, xronik diz çevrəsi ağrıları olan və eyni zamanda implantın çıxarılması planlaşdırılan xəstələrdə oynaqdaxili patologiyalar ikinci baxış artroskopik qiymətləndirmə və spesifik müalicə üsulları ilə həll edilmişdir.
Qamış kondilusu sınığının cərrahi müalicələrində diz-oynağı artroskopiyasının istifadəsi minimal cərrahi travma ilə oynaqdaxili sınığın dəqiq görünüşünü təmin edərək stabil bir fiksasiya imkanı yaradır, əlaqədar patologiyaların diaqnostika və müalicəsini asanlaşdıraraq əməliyyatdan sonrakı reabilitasiya müddətinin qısalmasına və xəstəxanada yatma müddətinın azalmasına təsir edir. Xüsusilə Schatzker təsnifatı üzrə I, II, III tipli sınıqlarda artroskopik repozisiya və internal fiksasya cərrahi müalicə üçün seçim metoduna çevrilə bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Cəfərov, Ə.A. (2022). QAMIŞ SÜMÜYÜ KONDİLUSU SINIQLARININ CƏRRAHİ MÜALİCƏSİNDƏ ARTROSKOPİYADAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 11–18. https://doi.org/10.34921/amj.2022.1.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR