QAMIŞ SÜMÜYÜ KONDİLUSU SINIQLARININ CƏRRAHİ MÜALİCƏSİNDƏ ARTROSKOPİYADAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.002Açar sözlər
qamış sümüyü kondilusu sınığı, artroskopiya dəstəkli osteosintez, diz-oynağının artroskopiyasıXülasə
Məqalədə qamış sümüyü kondilusu sınıqlarının cərrahi müalicəsində diz-oynaq artrosko¬piyasının əhəmiyyətini və üstün cəhətlərini ortaya çıxarmaq, spesifik xəstələrdə artroskopiya dəstəkli cərrahiyyənin effektivliyini və təhlükəsizliyini təhlil etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Qamış sümüyü kondilusu sınığına görə cərrahi müalicə almış 36 xəstə arasından artroskopiya dəstəkli osteosintez əməliyyatı olunan 7 nəfərdə klinik və rentgenoloji nəticələr retrospektiv araşdırılmış, əməliyyat¬dan sonrakı dövrlərdə diaqnostika və kontrol məqsədilə 11 xəstədə həyata keçirilən diz-oynaq artrosko¬piyasının nəticələri qiymətləndirilmişdir. Əməliyyatdan sonrakı reabilitasiya problemləri, xronik diz çevrəsi ağrıları olan və eyni zamanda implantın çıxarılması planlaşdırılan xəstələrdə oynaqdaxili patologiyalar ikinci baxış artroskopik qiymətləndirmə və spesifik müalicə üsulları ilə həll edilmişdir.
Qamış kondilusu sınığının cərrahi müalicələrində diz-oynağı artroskopiyasının istifadəsi minimal cərrahi travma ilə oynaqdaxili sınığın dəqiq görünüşünü təmin edərək stabil bir fiksasiya imkanı yaradır, əlaqədar patologiyaların diaqnostika və müalicəsini asanlaşdıraraq əməliyyatdan sonrakı reabilitasiya müddətinin qısalmasına və xəstəxanada yatma müddətinın azalmasına təsir edir. Xüsusilə Schatzker təsnifatı üzrə I, II, III tipli sınıqlarda artroskopik repozisiya və internal fiksasya cərrahi müalicə üçün seçim metoduna çevrilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


