AŞAĞI ƏTRAFLARIN FLEBOTROMBOZU ZAMANI HEMOREOLOGİYA VƏ HEMOSTAZ

Müəlliflər

  • N.P. Aleksandrova Moskva Şəhər Səhiyyə Departamentinin Tibbi Reabilitasiya, bərpa və idman təbabəti mərkəzi Dövlət Avtonom Səhiyyə Müəssisəsi
  • T.İ. Qruşina Moskva Şəhər Səhiyyə Departamentinin Tibbi Reabilitasiya, bərpa və idman təbabəti mərkəzi Dövlət Avtonom Səhiyyə Müəssisəsi
  • V.İ. Karandaşov Rusiya Federal Tibbi-Bioloji Agentliyinin O.K.Skobelkin adına Dövlət Elmi-Praktik Lazer Təbabəti Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatı
  • A.V. Baranov Rusiya Federal Tibbi-Bioloji Agentliyinin O.K.Skobelkin adına Dövlət Elmi-Praktik Lazer Təbabəti Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatı
  • R.C. Mustafayev Rusiya Federal Tibbi-Bioloji Agentliyinin O.K.Skobelkin adına Dövlət Elmi-Praktik Lazer Təbabəti Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatı
  • A.İ. Kornev Rusiya Federal Tibbi-Bioloji agentliyinin “O.K.Skobelkin ad. Elmi-praktik lazer Mərkəzi” Federal Dövlət Büdcə müəssisəsi

DOI

https://doi.org/10.34921/amj.2023.2.005

Açar sözlər

flebotromboz, hemoreologiya, hemostaz

Xülasə

Məqalədə aşağı ətrafının flebotrombozu olan xəstələrdə qanın reologiyası və hemostaz sisteminin əsas parametrləri arasındakı qarşılıqlı əlaqələri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Tədqiqat aşağı ətraflarında kəskin flebotromboz olan (embolizasiya təhlükəsi olmayan) 89 pasiyentin klinik-laborator müayinələrinin nəticələrini əhatə edir. Xəstəliyin diaqnozu kompression dupleks ultrasəs vasitəsilə aparılan angioskanlaşdırma metodu ilə təsdiq edilmişdir. Xəstələrdə qanın əsas reoloji parametrləri və hemostaz göstəriciləri diaqnoz qoyulduqdan sonra və antikoaqualyasion müalicənin başlanmasından əvvəl qiymətləndirilmişdir. Tədqiq edilən parametrlərin baza dəyərlərini müəyyənləşdirmək üçün 25 praktik sağlam şəxs üzərində də tədqiqat aparılmışdır. Tədqiqat göstərmişdir ki, aşağı ətrafların kəskin flebotrombozu zamanı qanın reoloji xassələri ilə hemostaz sisteminin göstəriciləri arasında əlaqəli dəyişikliklər baş verir. Aşkar edilmiş qanunauyğunluq qanın reoloji xassələrinin və hemostaz göstəricilərinin dəyişmələrinə əsaslanmaqla, aşağı ətrafların kəskin flebotrombozu olan xəstələrin müalicəsi üçün fərdi taktika seçməyə imkan yaradır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-05-10

Necə istinad edilir

Aleksandrova, N., Qruşina, T., Karandaşov, . V., Baranov, A., Mustafayev, R., & Kornev, A. (2023). AŞAĞI ƏTRAFLARIN FLEBOTROMBOZU ZAMANI HEMOREOLOGİYA VƏ HEMOSTAZ. Azərbaycan Tibb Jurnalı, (2), 37–43. https://doi.org/10.34921/amj.2023.2.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR