ASTENOZOSPERMİYALI ŞƏXSLƏRDƏ FRUKTOZA MÜBADİLƏSİNİN POZULMASINDA AZOT OKSİDİNİN ROLU
DOI
https://doi.org/10.34921/amj.2022.4.024%20%20Açar sözlər
kişi sonsuzluğu, fruktoza, spermatogenez, azot oksidXülasə
Məqalədə sonsuz kişilərin sperma mayesində olan fruktozanın qatılığı ilə, spermatozoidin hərəkətliliyi və qan serumunda azot oksidinin konsentrasiyası arasındakı əlaqəni müəyyən etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 50 kişinin sperma və qan nümunələri müayinə edilmişdir.20 nəfər praktik sağlam şəxs kontrol qrupunu təşkil etmişdir. Tədqiqata cəlb edilmiş kişilərə müayinədən 3-5 gün əvvəl cinsi əlaqədə olmamaq tapşırılmışdır. Diaqnoz spermanın morfoloji müayinəsinə əsasən müəyyənləşdirilmişdir. Fruktoza və azot oksidinin qatılığı uyğun olaraq “B.İ.R.D semen fructose “, "R&D system” reaktiv dəsti vasitəsilə kolormetrik üsulla təyin edilmişdir. Tədqiqat qruplarında aparılan müayinələr göstərmişdir ki, azot oksidinin konsentrasiyası artdıqca spermatozoidin hərəkətliliyi azalır, sperma mayesində isə fruktozanın qatılığının artması müşahidə edilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


