ASTENOZOSPERMİYALI ŞƏXSLƏRDƏ FRUKTOZA MÜBADİLƏSİNİN POZULMASINDA AZOT OKSİDİNİN ROLU

Авторы

  • G.E. Nəzərova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2022.4.024%20%20

Ключевые слова:

kişi sonsuzluğu, fruktoza, spermatogenez, azot oksid

Аннотация

Məqalədə sonsuz kişilərin sperma mayesində olan fruktozanın qatılığı ilə, spermatozoidin hərəkətliliyi və qan serumunda azot oksidinin konsentrasiyası arasındakı əlaqəni müəyyən etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 50 kişinin sperma və qan nümunələri müayinə edilmişdir.20 nəfər praktik sağlam şəxs kontrol qrupunu təşkil etmişdir. Tədqiqata cəlb edilmiş kişilərə müayinədən 3-5 gün əvvəl cinsi əlaqədə olmamaq tapşırılmışdır. Diaqnoz spermanın morfoloji müayinəsinə əsasən müəyyənləşdirilmişdir. Fruktoza və azot oksidinin qatılığı uyğun olaraq “B.İ.R.D semen fructose “, "R&D system” reaktiv dəsti vasitəsilə kolormetrik üsulla təyin edilmişdir. Tədqiqat qruplarında aparılan müayinələr göstərmişdir ki, azot oksidinin konsentrasiyası artdıqca spermatozoidin hərəkətliliyi azalır, sperma mayesində isə fruktozanın qatılığının artması müşahidə edilir.

Downloads

Download data is not yet available.

Опубликован

2022-12-15

How to Cite

Nəzərova , . G. (2022). ASTENOZOSPERMİYALI ŞƏXSLƏRDƏ FRUKTOZA MÜBADİLƏSİNİN POZULMASINDA AZOT OKSİDİNİN ROLU . Azərbaycan Tibb Jurnalı, (4), 155–158. https://doi.org/10.34921/amj.2022.4.024

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT