KARANTİN MƏHDUDİYYƏTİ ŞƏRAİTİNDƏ DEMENSİYALI PASİYENTLƏRƏ QULLUĞUN ÇƏTİNLİKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.1.020Açar sözlər
demensiyalı pasiyentlərə qulluq edən şəxslər, karantin məhdudiyyəti, sosial və psixoloji amillər, stresə davamlılıqXülasə
Məqalədə demensiyalı pasiyentlərə qulluq edən şəxslərin psixi sağlamlığına təsir göstərən amillər haqqında məlumat verilmişdir. Tədqiqata 46 nəfər demensiyalı pasiyent və 46 nəfər həmin pasiyentlərə qulluq edən şəxs cəlb edilmişdir. Tədqiqat bu psixometrik şkalaların köməyi ilə aparılmışdır: demensiyanın ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün psixi statusu qiymətləndirən qısa şkala, asteniyanı qiymətləndirən MFİ-20 subyektiv şkala, sosial adaptasiyanı qiymətləndirmək üçün özünüqiymətləndirmə şkalası SASS, hospital həyəcan və depressiya şkalası, hamilərin yükünü müəyyələşdirən “Caregiver burden scale”, psixoloji stres səviyyəsini qiymətləndirən PSM-25 sorğusu. Alınmış nəticələr IBM SPSS statistics 26.0 proqramı vasitəsilə statistik təhliledilmişdir. Tədqiqat zamanı xəstələrə hamilik edən şəxslərin psixi vəziyyətinə təsir göstərən amillər aşkar edilmişdir, onlardan ən mühümlərinə pasiyentdə demensiyanın ağırlıq dərəcəsi, qulluq müddətinin uzunluğu və qulluq edən şəxsin işlə təminatı aiddir. Tədqiqatın nəticələrindən belə qərara gəlmək olar ki, psixi gərginliyi aşağı səviyyədə olan şəxslərin sosial adaptasiya imkanları daha yüksək olmuş və onlarda asteniya, həyəcan və depressiya əlamətlərinə nisbətən az rast gəlinmişdir. Müəlliflərin fikrincə, tədqiqatdan alınmış nəticələr demensiyalı xəstələrə qulluq edən şəxslərdə depressiyanın, həyəcanlanmanın və qulluğun ağırlığının qarşısını almaq üçün psixoterapevtik və psixokorreksion tədbirlər aparıldıqda nəzərə alınmalıdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


