KARANTİN MƏHDUDİYYƏTİ ŞƏRAİTİNDƏ DEMENSİYALI PASİYENTLƏRƏ QULLUĞUN ÇƏTİNLİKLƏRİ

Авторы

  • O.V. Orlova Poltava Dövlət Tibb Universiteti
  • D.İ. Boyko Poltava Dövlət Tibb Universiteti
  • K.S. Skorik Poltava Dövlət Tibb Universiteti
  • Yu.Yu. Payda Boqdan Xmelnitski ad. Melitopol Dövlət Pedaqoji Universiteti
  • L.V. Jivotovskaya Poltava Dövlət Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2023.1.020

Ключевые слова:

demensiyalı pasiyentlərə qulluq edən şəxslər, karantin məhdudiyyəti, sosial və psixoloji amillər, stresə davamlılıq

Аннотация

Məqalədə demensiyalı pasiyentlərə qulluq edən şəxslərin psixi sağlamlığına təsir göstərən amillər haqqında məlumat verilmişdir. Tədqiqata 46 nəfər demensiyalı pasiyent və 46 nəfər həmin pasiyentlərə qulluq edən şəxs cəlb edilmişdir. Tədqiqat bu psixometrik şkalaların köməyi ilə aparılmışdır: demensiyanın ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün psixi statusu qiymətləndirən qısa şkala, asteniyanı qiymətləndirən MFİ-20 subyektiv şkala, sosial adaptasiyanı qiymətləndirmək üçün özünüqiymətləndirmə şkalası  SASS, hospital həyəcan və depressiya şkalası, hamilərin yükünü müəyyələşdirən “Caregiver burden scale”, psixoloji stres səviyyəsini qiymətləndirən PSM-25 sorğusu. Alınmış nəticələr IBM SPSS statistics 26.0 proqramı vasitəsilə statistik təhliledilmişdir. Tədqiqat zamanı xəstələrə hamilik edən şəxslərin psixi vəziyyətinə təsir göstərən amillər aşkar edilmişdir, onlardan ən mühümlərinə pasiyentdə demensiyanın ağırlıq dərəcəsi, qulluq müddətinin uzunluğu və qulluq edən şəxsin işlə təminatı aiddir. Tədqiqatın nəticələrindən belə qərara gəlmək olar ki, psixi gərginliyi aşağı səviyyədə olan şəxslərin sosial adaptasiya imkanları daha yüksək olmuş və onlarda asteniya, həyəcan və depressiya əlamətlərinə nisbətən az rast gəlinmişdir. Müəlliflərin fikrincə, tədqiqatdan alınmış nəticələr demensiyalı xəstələrə qulluq edən şəxslərdə depressiyanın, həyəcanlanmanın və qulluğun ağırlığının qarşısını almaq üçün psixoterapevtik və psixokorreksion tədbirlər aparıldıqda nəzərə alınmalıdır.

Downloads

Download data is not yet available.

Опубликован

2023-03-15

How to Cite

Orlova, O., Boyko, . D., Skorik, . K., Payda, Y., & Jivotovskaya, L. (2023). KARANTİN MƏHDUDİYYƏTİ ŞƏRAİTİNDƏ DEMENSİYALI PASİYENTLƏRƏ QULLUĞUN ÇƏTİNLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 121–128. https://doi.org/10.34921/amj.2023.1.020

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ