URETRA STRİKTURLARININ RESİDİVİNİN PROFİLAKTİKASI ÜÇÜN SİTOSTATİKLƏRİN TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2020.2.008Açar sözlər
uretranın daralması, çapıq prosesi, mitomisin, endoskopik müalicə, uretra daralması residivinin profilaktikasıXülasə
Məqalədə eksperimentdə sidik kanalının divarının regenerasiya proseslərinə sitostatiklərin təsirinin qiymətləndirilməsi, uretra daralmalarının endoskopik korreksiyasından sonra onun residivinin profilaktikası üçün klinikada sitostatiklərin effektivliyin öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. Uretranın epitel qişasında çapıqlaşmanın profilaktikası üçün laborator heyvanlarda onun travmatik zədələnməsindən sonra sitostatiklərin tətbiqi ilə eksperimental tədqiqat aparılmışdır; uretranın strikturu olan xəstələrdə residivlərin yaranması əleyhinə istifadə edilən metodlardan biri kimi daxili optik uretrotomiyadan sonra sistostatiklərin selikli qişaaltı yeridilməsinin effektivliyi qiymətləndirilmişdir. Laborator heyvanların (şinşilla cinsli adadovşanları) uretrasının selikli qişasından alınmış preparatların morfoloji tədqiqi sitostatiklərin yeridilməsi zamanı uretranın selikli qişasında gedən regenerasiyaedici proseslərin daha mötədil (mülayim) xarakterini göstərmişdir. Sitostatiklərin klinik tətbiqi endoskopik müalicədən sonra uretra strikturlarının residiv tezliyini 1,5-2 dəfə azaltmışdır. Beləliklə, uretra strikturlarının kompleks müalicəsində sitostatik preparatların məqsədəuyğunluğu eksperimental və klinik cəhətdən sübut edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


