URETRA STRİKTURLARININ RESİDİVİNİN PROFİLAKTİKASI ÜÇÜN SİTOSTATİKLƏRİN TƏTBİQİ

Müəlliflər

  • M.H. Arbuliyev Dağıstan Dövlət Tibb Universiteti
  • K.M. Arbuliyev Dağıstan Dövlət Tibb Universiteti
  • M.H. Osmanov Dağıstan Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2020.2.008

Açar sözlər

uretranın daralması, çapıq prosesi, mitomisin, endoskopik müalicə, uretra daralması residivinin profilaktikası

Xülasə

Məqalədə eksperimentdə sidik kanalının divarının regenerasiya proseslərinə sitostatiklərin təsirinin qiymətləndirilməsi, uretra daralmalarının endoskopik korreksiyasından sonra onun residivinin profilaktikası üçün klinikada sitostatiklərin effektivliyin öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. Uretranın epitel qişasında çapıqlaşmanın profilaktikası üçün laborator heyvanlarda onun travmatik zədələnməsindən sonra sitostatiklərin tətbiqi ilə eksperimental tədqiqat aparılmışdır; uretranın strikturu olan xəstələrdə residivlərin yaranması əleyhinə istifadə edilən metodlardan biri kimi daxili optik uretrotomiyadan sonra sistostatiklərin selikli qişaaltı yeridilməsinin effektivliyi qiymətləndirilmişdir. Laborator heyvanların (şinşilla cinsli adadovşanları) uretrasının selikli qişasından alınmış preparatların morfoloji tədqiqi sitostatiklərin yeridilməsi zamanı uretranın selikli qişasında gedən regenerasiyaedici proseslərin daha mötədil (mülayim) xarakterini göstərmişdir. Sitostatiklərin klinik tətbiqi endoskopik müalicədən sonra uretra strikturlarının residiv tezliyini 1,5-2 dəfə azaltmışdır. Beləliklə, uretra strikturlarının kompleks müalicəsində sitostatik preparatların məqsədəuyğunluğu eksperimental və klinik cəhətdən sübut edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2020-06-30

Necə istinad edilir

Arbuliyev, M., Arbuliyev, K., & Osmanov, M. . (2020). URETRA STRİKTURLARININ RESİDİVİNİN PROFİLAKTİKASI ÜÇÜN SİTOSTATİKLƏRİN TƏTBİQİ. Azərbaycan Tibb Jurnalı, (2), 51–58. https://doi.org/10.34921/amj.2020.2.008

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT